Rusiyada yeni neft axtarışlarının sərfəli olmadığı açıqlanıb
Bir barel neftin qiyməti 2014-cü ildəki 110 dollardan 2020-ci ildə mənfi səviyyələrə düşmüşdü. Sonradan qiymətlər yüksəlsə də 2014-cü illə müqayisədə kəskin aşağıdır. Uzun müddətdir aşağı qalan neft qiymətləri Rusiyada yeni yataqlar axtarışını zərərli edib.
Marja xəbər verir ki, "Rosgeology"nin rəhbəri Sergey Qorkov, TASS-a verdiyi müsahibəsində, neft şirkətləri üçün kəşfiyyat işlərinin gəlirlilik nöqtəsinin bir barel üçün təxminən 70 dollar olduğunu söyləyib.
“Təcrübənin göstərdiyi kimi, bir barel üçün 70 dollar civarındadır. 65-70 dollarlıq qiymət, təəssüf ki, geologiyaya az diqqət yetirilən bir intervaldır”, - deyib.
Rusiya Maliyyə Nazirliyinə görə, 2020-ci ildə Rusiyanın "Urals" markalı neftinin orta illik qiyməti bir barel üçün 41,73 dollar, 2019-cu ildə 63,59 dollar, 2018-ci ildə 70,01 dollar, 2017-ci ildə 53,05 dollar, 2016-cı ildə 41,9 dollar, 2015-ci ildə 51,23 dollar təşkil edib. Beləliklə, son altı ildən yalnız 2018-ci ildə "Urals"ın dəyəri kəşfiyyat işlərinin gəlirlilik nöqtəsinə yaxınlaşıb və dörd il ərzində kritik həddən 20-40% aşağı olub. Bu, neft işçilərini Qərb texnologiyalarından uzaqlaşdıran sanksiyalarla yanaşı, yeni neft axtarışı keyfiyyətinə təsir edib.
Rusiya Energetika Nazirliyinin məlumatına görə, 2015-2019-cu illərdə aşkar edilmiş yataqların orta ehtiyatı 9-14 milyon ton təşkil edib. Müqayisə üçün: Rusiya hər il 550 milyon ton neft hasil edir.
Qorkov, geoloji kəşfiyyata investisiyaların azalmasının gələcəkdə təsdiq olunmuş neft ehtiyatlarının həcminə təsir göstərə biləcəyini söyləyib.
Rusiya Energetika Nazirliyinin məlumatına görə, 2021-ci ilin əvvəlində Rusiyada neft ehtiyatlarının 30 milyard ton olduğu təxmin edilir. Energetika nazirinin müavini Pavel Sorokin yanvar ayında demişdir ki, bu həcmin yalnız 36%-i cari qiymətlərlə sərfəlidir. Sərfəli olarsa Rusiyadakı ümumi neft ehtiyatları 58 illik istehsal üçün kifayət edə bilər.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
5 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
7 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 8 saat əvvəl
-
9 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 9 saat əvvəl
-
10 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək



























