Qlobal iqtisadiyyat 1970-ci illərdən bəri ən sürətli artım tempi götürür – ekspert mülahizələri
Koronavirusa qarşı peyvənd kampaniyası əksər iqtisadçılarda nikbinlik yaradıb.Hələ də bir çox ölkələrin pandemiyadan əziyyət çəkdiyi bir vaxtda iqtisadiyyatın çarxlarının necə dönəcəyinə dair proqnozlar fərqlənir, fikirlər haçalanır. Marja Reuters-in 500-dən artıq iqtisadçı və ekspert arasında keçirdiyi eksklüziv sorğunun nəticələrini təqdim edir.
Rəy sorğusunun əhatə etdiyi 44 ölkədəki mütəxəssislərin 55%-i üç ay öncəki vəziyyətlə müqayisədə proqnozlarını yaxşılaşdırıb və ABŞ-ın 1984-cü ildən bəri ən yaxşı illik artım tempinə nail olacağını, Çinin isə pandemiyadan əvvəlki iqtisadi mövqeyinə geri dönəcəyini bildirib. Böyük Britaniyanın HSBC bankının baş qlobal iqtisadçısı Janet Henrinin fikrincə, “hazırda COVID-19-la mübarizə davam etsə də, dünya iqtisadiyyatının sinxronlaşmış bərpası prosesi gedir. Proqnozlara görə, nəzərdən keçirilən hər bir iqtisadiyyatda ÜDM artımının əhəmiyyətli dərəcədə bərpası baş verəcək”.
Pandemiyanın dünya iqtisadiyyatını indiyə qədər görünməmiş resessiyaya salmasına baxmayaraq, ekspertlər bu il qlobal miqyasda 1970-ci illərdən bəri ən sürətli artımın - 5,9% böyümənin olacağını proqnozlaşdırır (yanvarda bu proqnoz 5,3% ətrafında idi). Bu rəqəm Beynəlxalq Valyuta Fondunun proqnozlaşdırdığı 6%-dən cüzi az olsa da, 74 respondentin 30%-i artımın BVF-nın gözləntilərini də aşacağını ehtimal edir. 178 iqtisadçının 152-si, yaxud 85%-i böyümənin öncəki ehtimallardan daha sürətli olacağını, qalan 26 nəfər isə artımın yavaş templərlə davam edəcəyini qeyd edib.
Ümumi iqtisadi artımda proqnozlar nikbin olsa da, iş yerlərinin bərpası ilə bağlıo qədər də ümidverici gözlənti yoxdur. Dünya ölkələrinin iqtisadiyyata səpələdiyi trilyon dollarlarla ölçülən vəsaitlər vəziyyəti nisbətən yaxşılaşdırıb, lakin hələ də bir çox insanın işsiz qalacağı bildirilir.
Həmçinin, 44 ölkədən iqtisadçıların 70%-i inflyasiya ilə bağlı proqnozlarını artırıb. Barclays bankının analitiklərinin fikrincə: “ Hazırda əsas risk ondan ibarətdir ki, Fed pandemiya məhdudiyyətlərindən tələsik çıxmaq kursu götürüb, bu isə onsuz da limitlərdən yüksək olan cari bazar qiymətləri ilə müqayisədə daha aqressiv fiskal siyasət deməkdir. Nəticə etibarilə ABŞ-da inflyasiya 2021-ci ilin ortalarında artacaq, lakin il sonunda azalmağa doğru gedəcək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 8 saat əvvəl
-
-
9 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
9 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
11 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
11 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
22 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!

























