"Yeni avtomobillərin alışı stimullaşdırılmır, vətəndaşlar köhnə avtomobillər alırlar"
Azərbaycan Avtomobillər Dilerləri Assosiasiyası ölkədə avtomobil bazarının inkişaf etdirilməsi ilə bağlı təkliflər hazırlayıb.
Bunu "Postpandemiya dövründə vergi sistemi" mövzusuna həsr olunan konfransda çıxış edən Assosiasiyanın üzvü Emil İsmayılov deyib.
Onun sözlərinə görə, pandemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər rəsmi avtomobil bazarında vəziyyəti son dərəcədə çətinləşdirib və rəsmi avtomobil dilerlərinin fəaliyyətinə ciddi zərər vurub.
"Bu müddətdə işlənmiş və istismar müddəti 10 ildən artıq olan avtomobillərin ölkəyə idxalı, vətəndaşların alıcılıq qabiliyyətinin aşağı olmasından və yeni avtomobillərin satışını stimullaşdırıcı amillərin olmamasından irəli gəlir. Nəticədə, ekoloji cəhətdən zərərli və keyfiyyəti aşağı olan avtomobillər ölkəyə idxal olunur. Yaranan vəziyyətdən çıxış yolları araşdırılaraq, ölkənin avtomobil sektorunda dinamik inkişafına nail olmaq, satış göstəricilərini artırmaq, büdcəyə ayrılan vergilərin həcmini yüksəltmək, iş yerlərinin qoruyub-saxlanması və bütövlükdə ölkə və cəmiyyətin həyatında aktiv iştirak naminə Assosiasiya tərəfindən bəzi təkliflər hazırlanıb", - deyə E. İsmayılov qeyd edib.
Assosiasiyanın üzvü bu təkliflər sırasında ən başlıca yeni avtomobillər üçün imtiyaz və güzəştlərin verilməsi, idxal zamanı şərtlərin yüngülləşdirilməsi kimi amillər durur.
"Təbii ki, bu nəticə etibarı ilə avtomobillərin idxal və satışlarının, eyni zamanda, büdcəyə rüsum yığımlarının artmasına, ölkədə avtoparkının yenilənməsinə, ekologiya və yol hərəkəti təhlükəsizliklə bağlı vəziyyətin sağlamlaşmasına gətirib çıxaracaq. Digər önəmli məsələ ekoloji təmiz avtomobillərin idxalında təşviq və imtiyazların verilməsidir. Burada söhbət elektrik və hibrid avtomobillərin idxal və satışı zamanı imtiyazların tətbiq olunmasından gedir", - deyə E. İsmayılov bildirib.
Təkliflərdə ölkədə sivil ikinci əl avtomobillər bazarının formalaşmasının təşviq edilməsi də yer alıb. Belə ki, E. İsmayılovun sözlərinə görə, hazırda rəsmi dilerlər əhalidən qəbul etdikləri avtomobilləri yenidən satdıqları zaman ƏDV əlavə etməli olurlar, bu da "qara bazar"la müqayisədə rəqabətliliyi aşağı salır: "Təklif ondan ibarətdir ki, bununla bağlı digər qonşu ölkələrin təcrübəsindən istifadə olunsun və sonda yeni avtomobillərin əlçatan olması, yeni kredit və lizinq imkanlarının təşviq edilməsi də təklif olunur".
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
7 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 10 d. əvvəl
-
-
15 d. əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
20 d. əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
4 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
AccessBank-da kart əməliyyatları bərpa olundu
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb




























