4 BOKT-un balans kapitalı 13 milyon manatdan çoxdur
2018-2019-cu illərdə Azərbaycanda fəaliyyət göstərmiş və illik maliyyə hesabatını açıqlamış 36 BOKT-dan 4-nün bu il yanvarın 1-nə balans kapitalı 13 milyon manatdan çoxdur.
Bunlar “Aqrarkredit” (23,733 milyon manat), “FİNKA Azərbaycan” (18,69 milyon manat), “Embafinans” (15,933 milyon manat) və “M Bulak”dır (13,598 milyon manat).
16 BOKT-un balans kapitalı 1-8 milyon manat arasında, 16 BOKT-un balans kapitalı isə 1 milyon manatdan azdır.
9 BOKT - “Aset Maliyyə Texnologiyaları”, “Caspian Invest”, “Finans İnvest”, “Fintrend”, “MJ Financial Services”, “Omni Finance”, “Para”, "Union Kredit" və Viza Kredit” hesabat verməyib, 3 BOKT - “Azpul”, “Finans Kredit” və “Prico Credit” isə mikromaliyyə bazarına 2020-ci ildə daxil olub.
***
36 BOKT-dan 8-nin ötən il balans kapitalını azalıb. Bunlar “Kredit Servis”, “Effektinvest”, “Regional”, “Falcon Finance”, “Gold Finance”, “Birkart”, “Kredex” və “Premier Kredit”dir. Ən çox azalma “Premier Kredit”də (50,4%), ən az azalma isə “Kredit Servis”də (1,3%) qeydə alınıb.
Qalan 28 BOKT-un isə balans kapitalı artıb. Ən yüksək dinamika “City Finance”də (20,6 dəfə), ən aşağı dinamika isə “İcraçı Kredit Agentliyi”ndə (0,2%) qeydə alınıb.
"Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 1 saat sonra
-
- 10 d. əvvəl
- 24 d. əvvəl
-
40 d. əvvəl
Kreml yanacaq idxal edəcəyi ölkələrin adını gizli saxlayacaq
-
46 d. əvvəl
Alüminiumun qiymətində 2008-ci ildən bəri ən kəskin aylıq ucuzlaşma
-
55 d. əvvəl
"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Rusiya yanacaq idxalına başlaya bilər
Kreml yanacaq idxal edəcəyi ölkələrin adını gizli saxlayacaq
100 manatlıq 1 istiqraz üzrə investor illik 16 manat faiz gəliri əldə edəcək - 2 milyon manatlıq yeni istiqraz
Ən çox oxunanlar
İyulun 1-də gözlənilən hava şəraiti
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış

























