Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Yapon yeni 1986-cı ildən bəri ən aşağı səviyyəyə düşüb

Yapon yeninin ABŞ dolları qarşısında son 40 ilin ən aşağı göstəricisi qeydə alınıb. Yen çərşənbə axşamı ABŞ dolları qarşısında 1986-cı ildən bəri ən aşağı səviyyəyədək zəifləyib. Bu isə investorları Yaponiya rəsmilərinin mümkün valyuta müdaxiləsi ilə bağlı diqqətli olmağa vadar edib. LSEG-in məlumatlarına görə, 1 dollar 162,19 yen səviyyəsini görüb.
AzVak-mobil_resmin_ustu_31
Yapon yeni 1986-cı ildən bəri ən aşağı səviyyəyə düşüb

Yaponiya yeni çərşənbə axşamı ABŞ dolları qarşısında 1986-cı ildən bəri ən aşağı səviyyəsinə geriləyərək investorları Yaponiya rəsmilərinin valyuta bazarına mümkün müdaxiləsi ilə bağlı yenidən narahat vəziyyətə salıb.

Marja xəbər verir ki, Asiya ticarət sessiyasının ilk saatlarında yapon yeni dollar qarşısında 162,27 səviyyəsinədək zəifləyərək son 40 ilin ən aşağı göstəricisini qeydə alıb.

Reklam_3_11

Yaponiyanın maliyyə naziri Satsuki Katayama bildirib ki, hökumət valyuta bazarındakı həddindən artıq hərəkətlərə qarşı zəruri addımlar atmağa hazırdır.

Katayama qeyd edib: “Bu, Yaponiya ilə ABŞ arasında da təsdiqləndiyi kimi, qətiyyətli müdaxilələri də əhatə edir”.

Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Minoru Kihara isə keçirdiyi mətbuat konfransında hökumətin iqtisadiyyatı məzənnə dalğalanmalarına qarşı daha dayanıqlı hala gətirmək üçün çalışacağını bildirib. Kihara zərurət yarandığı halda valyuta bazarına müdaxilə etməyə hazır olduqlarını vurğulasa da, yenin hazırkı səviyyəsi ilə bağlı şərh verməkdən çəkinib.

İş elanları AzVak.az-da

Aprel-may aylarında Yaponiya milli valyutanı dəstəkləmək üçün valyuta ehtiyatlarından 11,7 trilyon yendən, yəni 72,8 milyard dollardan çox vəsait xərcləyib.

Aprelin 30-da yen dollar qarşısında 160,39 səviyyəsindən 156,6 səviyyəsinədək kəskin möhkəmlənmişdi. Bu isə Tokionun bazara müdaxilə etməsi ilə bağlı ehtimalları artırmışdı. Növbəti gün valyuta təxminən 155 səviyyəsinədək bahalaşsa da, daha sonra yenidən ucuzlaşmağa başlamışdı.

Yaponiya Mərkəzi Bankı bu yaxınlarda əsas faiz dərəcəsini 1%-ə qaldırıb. Bu, son 30 ildən çox müddətdə ən yüksək səviyyədir və 2024-cü ildə başlayan pul siyasətinin normallaşdırılması prosesinin davamı kimi qiymətləndirilir.

Faiz dərəcəsinin 0,25 faiz bəndi artırılması mərkəzi bankın dekabrdan bəri ilk faiz artımı olub. Dekabrda faiz dərəcəsi 0,75%-ə yüksəldilmişdi. Son qərarla borclanma xərcləri 1995-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

Bu addım Yaponiya iqtisadiyyatında inflyasiya təzyiqlərinin artdığı bir vaxtda atılıb. İnflyasiya təzyiqləri qismən İran münaqişəsi dövründə enerji qiymətlərinin yüksəlməsi ilə əlaqələndirilir.

30.06.2026 14:05
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19