Avadanlıqların yapışdırılmış pul nişanlarını qəbul etməməsi ilə bağlı açıqlama
Mərkəzi Bank nağd ödəniş avadanlıqlarında milli pul nişanlarının qəbuluna dair açıqlama yayıb.
"Marja" xəbər verir ki, açıqlamada deyilir:
Son zamanlar mətbuatda, xəbər portallarında və sosial şəbəkələrdə ölkə ərazisində istismar olunan nağd ödəniş avadanlıqların (bankomatlar, cash-in avadanlıqlar, ödəniş terminalları və s.) zədələnmiş, əzilmiş, korlanmış, cırılmış, deşilmiş, müxtəlif vasitələrlə hissələri yapışdırılmış pul nişanlarını qəbul etməməsi ilə bağlı yaranmış çətinliklər barədə məlumatlar yayılmaqdadır.
Bildirmək istərdik ki, ölkə ərazisində istismar olunan nağd ödəniş avadanlıqları müxtəlif kredit təşkilatları, poçt rabitəsinin milli operatoru və qeyri-bank ödəniş təşkilatlarına məxsusdur və bu avadanlıqlara onlar tərəfindən xidmət olunduğundan adaptasiya prosesləri həmin təşkilatlar tərəfindən həyata keçirilir.
Nağd ödəniş avadanlıqlarının quraşdırılması zamanı pul nişanlarının keyfiyyət parametrlərindən (saxta olmayan, çirklənməmiş, zədələnməmiş, əzilməmiş, korlanmamış, cırılmamış, deşilməmiş, əlavə vasitələrlə hissələri yapışdırılmamış) asılı olaraq onların adaptasiyası həyata keçirilir. Bu zaman saxta və dəyəri ödənilməyən pul nişanlarının nağd ödəniş avadanlıqları tərəfindən qəbul edilməməsi və bu sahədə müvafiq risklərin minimallaşdırılması məqsədilə belə avadanlıqları istismar edən kredit təşkilatları, poçt rabitəsinin milli operatoru və qeyri-bank ödəniş təşkilatları tərəfindən müvafiq keyfiyyət parametrlərinə cavab verməyən pul nişanlarının qəbuluna ciddi məhdudiyyətlər tətbiq edilir.
Qanunvericiliyə uyğun olaraq, müvafiq keyfiyyət parametrlərinə cavab verməyən pulların dəyərinin ödənilməsi yalnız onların ekspertizasının həyata keçirilməsindən sonra müəyyən edilə bilər. Belə ki, tədavülə yararsız, həqiqiliyi şübhə doğurmayan (saxta olmayan) və bütöv bir hissədən ibarət səthinin 60%-dən az olmayan hissəsini və ya eyni əskinasa məxsus hissələrdən ibarət olan səthinin 100%-ni saxlamış milli pul nişanlarının dəyəri ödənilir. Bununla əlaqədar qanunvericiliyə əsasən Mərkəzi Bank və onun ərazi idarələrinə və yaxud ölkə ərazisində fəaliyyət göstərən kredit təşkilatlarına müraciət oluna bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
22 d. əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
16 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu























