Azərbaycanın dövlət banklarından biri böyüyüb və gəlirini artırıb
2017-ci illə müqayisədə 2018-ci ildə “Azər-Türk Bank” ASC-nin cəmi aktivləri 10% artaraq 368 milyon 307 min manata çatıb.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, cəmi aktivlərin artması müştərilərə verilən kreditlərin təxminən 46 milyon manat və ya 38,4% artaraq 165 milyon 620 min manata qalxması ilə bağlıdır. 2017-ci ilin sonunda “Azər-Türk Bank”ın müştərilərə verdiyi kreditlər 119 milyon 681 min manat təşkil etmişdi.
Ötən ilin sonunda “Azər-Türk Bank”ın toplam öhədlikləri 314 milyon 839 min manat təşkil edib. Bu, 2017-ci ilin sonu ilə müqayisədə 12,2% çoxdur. İllik müqayisədə “Azər-Türk Bank”ın banklar və maliyyə müəssisələri qarşısında öhdəlikləri 60 milyon 10 min manatdan 111 milyon 251 min manata qalxıb.
31 Dekabr 2018-ci il tarixində “Azər-Türk Bank” 53 milyon 468 min manat cəmi balans kapitalına malik olub.
BANKIN GƏLİRLƏRİ ARTIB
“Azər-Türk Bank” 2018-ci ili 169 min 55 manat xalis mənfəət ilə başa vurub.
Belə ki, ötən il Bankın cəmi gəlirləri 28 milyon 721 min manat, o cümlədən faiz gəlirləri 17 milyon 897 min manat, qeyri-faiz gəlirləri 10 milyon 746 min manat, digər gəlirlər 79 min 60 manat təşkil edib. Eyni zamanda, ehtimal olunan depozit və kredit itkiləri üzrə yaradılmış ehtiyatın 1 milyon 441 min manatı azad olub və gəlirə əlavə edilib.
Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 19 milyon 220 min manat əməliyyat gəlirləri olub. 18 milyon 941 min manat inzibati xərclər çıxıldıqdan sonra Bank 278 min 860 manat mənfəət əldə edib. Mənfəətdən 109 min 806 manat mənfəət vergisi ödənilib. Nəticədə “Azər-Türk Bank” ASC 2018-ci ili 169 min 55 manat xalis mənfət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə“Azər-Türk Bank” ın cəmi gəlirləri 26 milyon 265 min manat (16 milyon 420 min manatı faiz, 9 milyon 845 min manatı qeyri-faiz ), xalis mənfəəti isə 1 milyon 144 min manat təşkil etmişdi. 2017-ci ildə Bankın cəmi xərcləri 25 milyon 122 min manat, o cümlədən inzibati xərcləri 16 milyon 667 min manat olmuşdu.
Ötən ilin sonunda "Azər-Türk Bank" 52 milyon 47 min manat məcmu kapitala malik olub.
"Azər Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
7 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 10 d. əvvəl
-
-
15 d. əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
20 d. əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
4 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
AccessBank-da kart əməliyyatları bərpa olundu
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb





























