Azərbaycanda 128 faizlə kredit verilir - DİQQƏT! SOYĞUNÇULUQ!
Azərbaycanda mobil telefonların və məişət texnikalarının satışı ilə məşğul olan “Kontakt Home” mağazasında təklif edilən kreditin faizi 128%-ə çatır.
“Marja”nın məlumatına görə, “Kontakt Home” “iPhone Xs 256GB Space Grey” telefonunu nağd 2650 manat satır. Telefonu 3 ay müddətinə kreditlə alan zaman illik faiz dərəcəsi 128%-ə çıxır.
Şərtə görə, qiyməti 2650 manat olan “iPhone Xs 256GB Space Grey” telefonu kreditlə alınan zaman 595 manat ilkin ödəniş tələb olunur. Qalan 2055 manat kredit şəkilində rəsmiləşdirilir. Alıcı tərəfindən hər ay 836 manat ödənilməlidir. Bu hesabla üç ayın sonunda alıcı cəmi 2508 manat da ödəniş edir. Bu məbləğin 2055 manatı kredit məbləği, 453 manatı isə toplam faiz ödənişidir. Bu halda illik faiz dərəcəsi 127,95%, effektiv faiz dərəcəsi isə 22,04% təşkil edir. 2650 manatlıq telefon üç ayın sonunda alıcıya 3103 manata başa gəlir.
“iPhone Xs 256GB Space Grey” telefonunu 1 illik müddətə kreditlə alındıqda illik faiz dərəcəsi 92,86%, effektiv faiz dərəcəsi 57,08%, 18 aylıq müddətə alındıqda isə illik faiz dərəcəsi 85,39%, effektiv faiz dərəcəsi 80,44% təşkil edəcəkdir (Ətraflı aşağıdakı cədvəldə).
“iPhone Xs 256GB Space Grey” telefonu 12 aylıq kreditlə alınan zaman 1410 manat, 18 aylıq kreditlə alınan zaman isə 1653 manat artıq ödəyirsiniz. Telefon sizə 4 min 300 manatdan baha başa gəlir.
"128%-Ə ÇATAN FAİZ AFRİKADA BELƏ YOXDUR"
Məlumatlı alıcılar yüksək faizlərə etiraz edir və mövzunu sosial şəbəkələrdə müzakirəyə çıxardırlar.
Sosial şəbəkə istifadəçilərindən biri yazıb:
“Sizinlə növbəti bir təhlili bölüşmək istərdim. Kontakt Home-un faizli hissəli və 0%-li hissəli təkliflərinə diqqət edəndə, rəqəmlər gözümə bir mənalı dəymədi və biraz dərinə getməyə qərar verdim. Üzə çıxan rəqəmlər məni dəhşətə gətirdi. Sizinlə də paylaşıram. illik 128%-ə çatan faizlə kredit Afrikanın su tapılmayan ölkələrində belə yoxdur. İnsanların maliyyə savadsızlığından bu dərəcədə istifadə etmək olmaz.
Məni Kontakt Home-un neçə müştərisini neçə faizlə kreditləşdirməsi narahat etmir, özü bilər, müştəri bilər. Amma, yalandan 5-8% xidmət haqqı adı ilə soyğunçuluqla məşğul olmaq ən azı etik deyil, ən çoxunu özünüz bilirsiniz.
P.S. Cədvəldəki effektiv faiz anlayışı beynəlxalq maliyyə nəzəriyyələrində yoxdur. Sadəcə bizim banklar tərəfindən krediti müştəriyə daha uyğun göstərmək üçün istifadə olunur və annuitet üzrə kredit müddətində ödənilmiş toplam faiz məbləğlərini kredit məbləğinə bölməklə hesablanır. Müqayisə üçün qeyd etməyi vacib bildim”.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
9 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
11 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 13 saat əvvəl
-
13 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək


























