Palata Qaydaları təsdiqlədi: Minimum 50 milyon manat olmalıdır
Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nı təsdiq edib. Qaydalar noyabrın 24-dən qüvvəyə minib.
Qaydalara əsasən, bankların məcmu kapitalının minimum miqdarı 50 milyon manat məbləğində olmalıdır. Məcmu kapitala yalnız pul vəsaiti ilə ödənilən maliyyə alətləri daxil edilir.
Qaydalara əsasən, bankın məcmu kapitalının əsas məqsədi bankın biznes strategiyasının dəstəklənməsi, daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı bankın maliyyə dayanıqlığının təmin edilməsidir. Məcmu kapital bankın ödəmə qabiliyyətinin itirilməsinə gətirib çıxara bilən mümkün zərərlərin azaldılmasına, əmanətçilərin və potensial investorların bank sisteminə etimadının artırılmasına xidmət edir. Bankın məcmu kapitalının minimum miqdarı 50 milyon manat məbləğində olmalıdır.
Qaydalara görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının qabaqcadan yazılı icazəsi olmadan bank səhmlərinin satın alınması və ya səhmlərin nominal dəyərinin azaldılması zamanı onun dəyərinin ödənilməsi yolu ilə məcmu kapitalını azalda bilməz, habelə xarici bank nizamnamə kapitalına bərabər tutulmuş vəsaitlərinin geri götürülməsi yolu ilə yerli filialının məcmu kapitala bərabər tutulmuş vəsaitini azalda bilməz.
Bankların nizamnamə kapitalı yalnız Azərbaycan Respublikasının milli valyutasında ödənilən pul vəsaiti ilə formalaşdırılır.
Həmçinin qaydalara görə, yeni yaradılan banklar üçün nizamnamə kapitalının (xarici bankların yerli filialları üçün nizamnamə kapitalına bərabər tutulmuş vəsaitin) minimum miqdarı 50 milyon manat məbləğində olmalıdır.
“Müşahidə Şurası və İdarə Heyəti məcmu kapitalın bankın üzləşdiyi bütün risklərin səviyyəsinə uyğun həcmdə, bu qaydalarda müəyyən edilən minimum miqdardan az olmayaraq, saxlanmasını və onun adekvatlıq normalarına riayət olunmasını təmin etməlidir. Kapitalın bankın biznes fəaliyyətinin və risk mühitinin xüsusiyyətlərinə uyğun qiymətləndirilməsi və onun səviyyəsinin müəyyən edilməsi mexanizmləri, o cümlədən bankın məruz qaldığı kredit, bazar, əməliyyat və digər risklərin məcmu kapitalın adekvatlığına potensial təsirinin qiymətləndirilməsi prosedurları mövcud olmalıdır. Risklərin idarə edilməsi üzrə bankın siyasətində onun kapitala olan cari və gələcək tələbatı, gözlənilən kapital xərcləri, kapitalın arzuolunan səviyyəsi və strukturu, kapitalın daxili və xarici mənbələri, həmçinin bankın maliyyə vəziyyətinin pisləşməsi halında əlavə kapital vəsaitlərinin cəlb edilməsi imkanları və müddətləri müəyyən edilir. Bank məruz qaldığı risklərin və bu risklərin dəyişməsinin bankın gəlirliyinə, məcmu kapitala və onun adekvatlığına təsirini qiymətləndirir. Qiymətləndirmə bank risklərinin xüsusiyyətləri nəzərə alınmaqla bankın müəyyən etdiyi dövriliklə stress-testləşdirmə və ya risklərin idarə edilməsi sahəsində tətbiq olunan digər metodlardan istifadə edilməklə həyata keçirilir”, - deyə qaydalarda vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 d. əvvəl
- 19 d. əvvəl
-
29 d. əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
-
- 30 d. əvvəl
-
31 d. əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
- 43 d. əvvəl
- 47 d. əvvəl
-
50 d. əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
1 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
-
1 saat əvvəl
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
Ən çox oxunanlar
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib


























