“Günay Bank”dan, pulların geri götürülməsi xəbərinə reaksiya - AÇIQLAMA
"Şirkətlər öz şəxsi istəklərilə vəsaitlərini Bankdan çıxardıblar"
“Günay Bank” ASC “Şirkətlər “Günay Bank”dan pullarını geri götürüb” başlıqlı xəbərə münasibət bildirib. Xatırladaq ki, xəbərdə “Günay Bank”da depozitlərin, o cümlədən hüquqi şəxslərin (şirkətlərin) tələbli depozitlərinin, maliyyə institutlarının depozitlərinin kəskin azaldığından bəhs edilir. Ətraflı oxu: Şirkətlər “Günay Bank”dan pullarını geri götürüb.
Bank depozitlərin kəskin azalmasının səbəbini açıqlayıb.“Günay Bank”dan “Marja”ya daxil omuş açıqlamada deyilir:
"“Günay Bank” ASC-nin 2018-ci ilin III rübünün hesabatı ilə bağlı Marja.az xəbər portalınını 10-11 oktyabr 2018-ci il tarixli məlumatına və ümumiyyətlə müxtəlif informasiya saytlarında bu barədə gedən xəbərlərə Bank tərəfindən açıqlama olaraq bildirilir:
İlk öncə bildiririk ki, rezident maliyyə institutlarının “Günay Bank” ASC-də yerləşdiyi depozitlərin vaxtı çatdığına görə bank tərəfindən 10 milyon manatdan artıq vəsaitin geri ödənişi həyata keçirilmişdir.
Bu o deməkdir ki, bu məqamların kassa ilə bağlılığı yoxdur. Çünki, Bank ipoteka fondu hesabına verdiyi kreditlərin maliyyələşməsini həyata keçirdiyinə görə onun beş milyon öhdəliyi artmışdır.
Hüquqi şəxslərin depozitlərinin azalması onların təsərrüfat və digər fəalliyyətləri həyata keçirərkən cari hesablarından pul vasitlərinin öz şəxsi istəklərinə görə götürülməsi ilə əlaqədardır. Deməli bu göstərici normal bir hal olaraq azalmışdır.
Buna baxmayaraq fiziki şəxslərin müddətli depozitləri 21 milyondan artaraq 49 milyona çatmışdır. Bu da ölkə vətəndaşlarının banka olan güvəninin bariz sübutudur.
Bankın böyük öhdəlikləri icra edildiyinə görə, ümumi aktivləri 192 milyon 209 min manatdan 173 milyon manata düşmüşdür. Bu isə öhdəliklərin azalması hesablna baş vermişdir. Yəni vəsaitin azalması, bankın öhdəliklərinin və borclarının azalması ilə bağlıdır.
“Günay Bank” ölkənin iqtisadi-maliyyə sektorunda baş verən müxtəlif proseslərə rəğmən öz şəffalığını qoruyur. Çünki Bank və onun işçi heyəti, ictimaiyyətlə əlaqələr zamanı öz müştərilərinin, hətta onunla əməkdaşlıq etməyən ölkə vətəndaşlarının belə rəğbətinə xüsusi önəm verərək, öz imicinin ədalətli əsaslarla qorunmasına çalışır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
19 d. əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
16 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu


























