"Güclü Bolivar" getdi, "Suveren Bolivar" gəldi
Venesuelada bu gündən etibarən köhnə pul vahidi "Güclü Bolivar" əvəzinə, 5 sıfır atılmış "Suveren Bolivar" istifadə ediləcək.
"Marja" xəbər verir ki, yeni əskinaslar 2, 5, 10, 20, 50, 100, 200 və 500 Suveren Bolivar olacaq.
Venesuela Mərkəzi Bankının sədri Calixto Ortega əvvəlki əskinasların "bir müddət" qüvvədə qalacağını deyib.
.
Yalnız ən aşağı dəyərli əskinas olan 1000 "Güclü Bolivar" dövriyyədən çıxarılacaq.
QİYMƏTLƏR 26 GÜNDƏ İKİQAT ARTIR
Venesuelada 26 gündə qiymət 2 dəfə artır. Bəzi ekspertlər inflyasiya göstəricisi olaraq bir fincan südlü qəhvənin qiymətini əsas götürürlər. 31 İyulda paytaxt Karacastakı kafelər, bir fincan qəhvəni 2,5 milyon Güclü Bolivara satırdı. 5 həftə əvvəl isə qiymət bunun yarısı qədər idi.
Yeni sistemdə bir fincan qəhvə 25 Suveren Bolivara satılacaq.
Venesuelada indiyə qədər bir fincan qəhvənin pulunu ödəmək istəyənlər dəstə-dəstə pul daşımaq məcburiyyətində idilər.
İndiyədək ən iri əskinas 100 min idi. Yəni, bir qəhvənin ödənişi 25 əskinasla ödənirdi.
Böyük məbləğli əskinaslara tələbat böyük idi və banklar müştərilərinə gündəlik pul çıxartmaq məhdudiyyəti tətbiq etmişdilər.
Venesuelalılar ya kisə dolu pul daşıyır, ya da eletron üsullarla ödəmə edirdilər.
Beynəlxalq Valyuta Fondu (BVF) "Venesuellada inflyasiya bu il 1 milyon faizə çıxa bilər" xəbərdarlığını edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 10 d. əvvəl
-
14 d. əvvəl
Azercell-in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir
-
-
1 saat əvvəl
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
“Ferrum Kapital”ın kredit portfeli 26 faizə yaxın azalıb
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
İyunun 25-də gözlənilən hava şəraiti
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
Ən çox oxunanlar
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb




























