"Fitch" Türkiyənin kredit reytinqini aşağı saldı, proqnozunu "mənfi" etdi
Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings" Türkiyənin kredit reytinqini "BB+"dan "BB"yə endirib, proqnozunu isə "sabit"dən "mənfi"yə dəyişib.
"Fitch"dən verilən açıqlamada qeyd edilib ki, kredit reytinqi və proqnozuna dair qərar verilən zaman, "Türkiyə hakimiyyətinin seçkidən sonra iqtisadi siyasət gündəliyi, inflyasiya və maliyyə siyasətləri, struktur islahatlara baxışı və mərkəzi bankın müstəqilliyi" müzakirə edilib.
"Fitch" hesab edir ki, inflyasiyanın aşağı düşməsi, pul siyasətində müstəqillik və iqtisadi artımın mövcud sürətdə davam etməsi qeyri-müəyyəndir.
Digər tərəfdən, dövlət borcunun aşağı olması güclü bir tərəfdir.
Həmçinin açıqlamada, Türkiyənin böyük xarici maliyyələşdirmə ehtiyacının ölkəni şoklara qarşı həssas qoyduğuna diqqət çəkilib.
"Fitch", sonuncu dəfə 27 Yanvar 2017-ci il tarixində Türkiyənin "BBB-" olan reytinqini "BB+"a salmış, "Mənfi" olan proqnozunu isə "sabit"ə dəyişdirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
2 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib




























