Bənzəri yoxdur! Dünyanın ən böyüyü olacaq
Cənubi Koreyanın texnologiya şirkəti Samsung, dünyanın ən böyük cib telefonu zavodunu Hindistanın paytaxtı yaxınlığında istifadəyə verəcək.
"Marja" xəbər verir ki, Samsung-un yeni zavodu ildə 120 milyon ədəd telefon istehsal etmək gücünə malik olacaq. Şirkət bu zavodda qiyməti 100 dollardan aşağı olan telefonlardan tutmuş, S9 modelinə qədər hər cür modelin istehsalını həyata keçirəcək.
Zavod, Hindistanın Baş naziri Narendra Modi və Cənubi Koreya Prezidenti Moon Jae-in iştirakı ilə istifadəyə veriləcək.
2014-ci ildə hakimiyyətə gələn Modi, "Hindistanda istehsal et" şüarı ilə xarici investorları ölkəsinə cəlb etməyə cəhd göstərir. Ötən il Hindistan 62 milyard dollarlıq investisiya cəlb edərək bu sahədə rekorda imza atmışdı.
1,3 milyard nəfər əhalisi olan Hindistanda 425 milyon ağıllı telefon istifadəçisi olduğu güman edilir. IDC-nin məlumatlarına görə, Hindistan ağıllı telefon bazarı 2017-ci ildə 124 milyon sifarişlə 14 faiz böyümə qeyd edib.
TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA
Ötən il Hindistan, ABŞ-ı keçərək Çindən sonra dünyanın ən böyük ikinci ağıllı telefon bazarı olub. Cisco tərəfindən aparılan bir araşdırmaya görə, 2021-ci ildə ölkədə 780 milyon ağıllı telefon istifadə edilməsi gözlənilir. 2016-da bu rəqəm 359 milyon olaraq qeyd edilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 41 d. əvvəl
- 54 d. əvvəl
-
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
2 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib

























