Azərbaycanda əhalinin banklara borcu 10 milyard manata yaxınlaşır
İlk 5 ayda kredit qoyuluşları 1 milyard manatdan çox artıb31 May 2023-cü il tarixində bankların cəmi kredit portfeli (kredit qoyuluşları) 20 milyard 659 milyon 269 min manat təşkil edib.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, aprel ayının sonu ilə müqayisədə mayda müştərilərin banklara borclu olduqları cəmi kreditlər 279 milyon 642 min manat artıb.
O cümlədən, cəmi biznes kreditləri portfeli 62 milyon 848 min manat artaraq 11 milyard 170 milyon 805 min manata, istehlak kreditləri portfeli 152 milyon 186 min manat artaraq 6 milyard 224 milyon 527 min manata, ipoteka kreditləri portfeli isə 64 milyon 627 min manat artaraq 3 milyard 263 milyon 957 min manata yüksəlib.
2023-cü ilin ilk 5 ayı ərzində (yanvar-may) bankların cəmi kredit portfeli 1 milyard 64 milyon 914 min manat, o cümlədən biznes kreditləri 315 milyon 744 min manat, istehlak kreditləri 470 milyon 381 min manat, ipoteka kreditləri 278 milyon 798 min manat artıb.
Əhali tərəfindən alınan cəmi istehlak və ipoteka kreditləri 9 milyard 488 milyon 484 min manata çatıb.
Bank olmayan kredit təşkilatları və lombardlar tərəfindən verilən kreditlər nəzərə alınarsa, əhalinin kredit təşkilatlarına cəmi qalıq borcu 10 milyard manatdan çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 21 d. əvvəl
- 22 d. əvvəl
-
-
30 d. əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 48 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 saat əvvəl
-
15 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Rəsmi məzənnələr açıqlandı
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
























