Unibank Beynəlxalq auditorun hesabatını açıqladı: Bankın aktivləri 1.4 milyarda yaxınlaşıb
2022-ci il üzrə müstəqil auditorun hesabatına əsasən “Unibank KB” ASC-nin ümumi aktivləri əvvəlki il ilə müqayisədə 37% artaraq 1 milyard 397 milyard manat təşkil edib.
Bu barədə Bankın yaydığı press-relizdə bildirilir.
Qeyd edilib ki, xalis kredit portfeli isə 28% artaraq 845 milyon manat olub. 2022-ci ilin sonunda Bankın nağd pul vəsaitləri 255 milyon manata bərabər olub.
2021-ci illə müqayisədə, ötən il ümumi kredit portfeli 20% və ya 147 milyon manat artaraq, 887 milyon manat təşkil edib. Bu, əsasən kredit kartları və mikro kredit portfelindəki artım hesabına baş verib. Eyni zamanda, hesabat ilində portfelin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Belə ki, kredit portfeli üzrə ehtiyat 2021-ci ildəki 80,8 milyon manatdan 2022-ci ildə 41,8 milyon manata qədər azalıb.
Aktiv artımı əsasən müştəri hesablarındakı çoxalma ilə bağlıdır. Belə ki, müştəri hesabları hesabat ilində 40% artaraq 1,009 milyard manat təşkil edib. Bununla yanaşı hesabat tarixinə Bankın cəmi öhdəlikləri 1,283 milyard manat olub.
31 dekabr 2022-ci il tarixinə Bankın məcmu kapitalı 114,5 milyon manat təşkil edib. Hesabat dövründə Bank tərəfindən 18,7 milyon manat məbləğində adi səhmlər emissiya edilib və tam yerləşdirilib. Nəticədə il ərzində nizamnamə kapitalı 5,7% və ya 7,5 milyon manat artaraq, ilin sonunda 138,2 milyon manata bərabər olub.
Hesabat ili ərzində Bank ümumilikdə 159,7 milyon manat faiz gəliri əldə edib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,4 milyon manat və ya 35% çoxdur. Eyni zamanda, faiz xərcləri 12,4 milyon manat (28,7%) artaraq, 55,7 milyon manat təşkil edib. Nəticədə 2022-ci il üzrə xalis faiz gəliri 28,9 milyon manat çoxalaraq, 103,9 milyon manat təşkil edib.
Bankın haqq və komissiya gəlirlərində də əhəmiyyətli artım qeydə alınıb. Belə ki, hesabat ilində bank ümumilikdə 58,3 milyon manat komissiya gəliri əldə edib ki, bu da əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 28,9 milyon manat və ya 98% yüksəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 d. əvvəl
- 2 d. əvvəl
-
-
10 d. əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 28 d. əvvəl
- 39 d. əvvəl
- 42 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 saat əvvəl
-
14 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Rəsmi məzənnələr açıqlandı
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
























