"Bizə xəbərdarlıqlar edilmişdi, kapitalı artırmağa hazırlaşırdıq" -"Günay Bank"ın sədrindən açıqlama
Mərkəzi Bank lisenziyası nıləğv etdiyi “Günay Bank”a "kapitalınız azdır" xəbərdarlığını edibmiş.Azərbaycan Mərkəzi Bankının (AMB) qərarı ilə ötən gün lisenziyası ləğv olunmuş “Günay Bank” ASC-nin İdarə Heyətinin sədri Baratəli Piriyev Bankın bağlanmasına münasibət bildirib.
O, qısa açıqlamasında bunları deyib:
"Bu, dövlətin qərarıdır, heç nə deyə bilmərik. AMB bunu hansısa formada əsaslandırıb. Bizə müəyyən xəbərdarlıqlar edilmişdi ki, problemləriniz var, məcmu kapitalınız azdır. Biz də onu artırmağa hazırlaşırdıq, iyulun 5-i səhmdarlarının növbəti ümumi yığıncağını keçirib nizamnamə kapitalının artırılması məsələsini müzakirə edəcəkdik".
Xatırladaq ki, AMB "Günay Bank"ın məcmu kapitalının müəyyən edilmiş tələbdən - 50 milyon manatdan, məcmu kapitalının adekvatlıq əmsalının isə 3 %-dən az olmasını, cari fəaliyyətinin etibarlı və prudensial qaydada həyata keçirilməməsini əsas gətirərək "Banklar haqqında" qanuna əsasən, onun lisenziyasını ləğv edib, Bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət edib, eləcə də kredit təşkilatına müvəqqəti inzibatçı təyin edərək onun idarә olunması üzrә bütün sәlahiyyәtlәri, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya verib.
Həmçinin oxu
“Günay Bank”ın lisenziyası ləğv edildi© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 9 d. əvvəl
- 13 d. əvvəl
-
- 16 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb

























