Dollar Yellendən sonra daha da ucuzlaşdı
Dollar, ABŞ Mərkəzi Bankı Fed-in sədri Janet Yellen-in çıxış mətninin nəşr olunmasının ardından daha da ucuzlaşıb.
"Marja" xəbər verir ki, Yellen gələcək illərdə əlavə mərhələli faiz artımlarına ehtiyac duyulduğunu bildirərək, faiz artırmaqda ləng hərəkət ediləcəyinə işarə edib. Bununla yanaşı, Yellen, inflyasiyanın iqtisadiyyata olan reaksiyasının əhəmiyyətli bir qeyri-müəyyənlik olduğunu bildirib.
Yellenin bu açıqlamalarının ardından Bloomberg Dollar Spot İndeksi, 0.35% kəskin azalma nümayiş etdirib. Dollar, bütün mühüm valyutalar qarşısında dəyər itirib. Avro/Dollar məzənnəsi 1.1470 səviyyəsinə qalxıb.
ABŞ Mərkəzi Bankı Fed-in sədri Janet Yelenin Bakı vaxtı ilə saat 18:00-da ABŞ Nümayəndələr Palatasında çıxış edəcək. və sualları cavablandıracaqdır. Mütəxəssislər sual-cavab hissədəki açıqlamaların bazarlar üçün əhəmiyyətli ola biləcəyini qeyd edirlər.
Dollar bu gün səhər Fed-in İdarə Heyətinin üzvü Lael Brainard-ın "göyərçin" açıqlamalarının ardından ucuzlaşmağa başlamışdı. Dollar 3 gündür dəyərdən düşür.
Digər tərəfdən ABŞ Prezidenti Donald Trumpın oğlunun ortaya çıxardığı, Rusiyanın prezidentlik kampaniyasını dəstəklədiyi barədə sənədlər də Dolların ucuzlaşmasına təsir edib.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
9 d. əvvəl
179 min "Tesla Model 3" nəzarət altındadır, qüsur araşdırması başlayıb
- 12 d. əvvəl
- 22 d. əvvəl
-
1 saat əvvəl
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Hyundai 51 mindən çox avtomobili geri çağırır
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
Dekabrın 25-də gözlənilən hava şəraiti
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb





















