Yahoo da ixtisar dalğasına qoşulur
ABŞ-ın internet xidmətləri şirkəti Yahoo işçilərinin 20 faizindən çoxunu ixtisar etməyi planlaşdırır.
Marja xəbər verir ki, ilin sonuna qədər işçilərinin 20 faizindən çoxunu ixtisar etməyi planlaşdıran Yahoo-nun reklam texnologiyaları bölməsində çalışanların 50 faizi işini itirəcək.
Yahoo-nun bu həftə 1000 nəfəri işdən çıxaracağı və ilin sonuna qədər sayın 1600-ü keçəcəyi gözlənilir.
Digər tərəfdən, veb əsaslı databaza idarəetmə tətbiqi GitLab, işçilərinin sayını 7 faiz azaltmağı planlaşdırır.
Pandemiya zamanı personal sayını əhəmiyyətli dərəcədə artıran ABŞ-ın texnologiya şirkətləri bir-birinin ardınca ixtisar planlarını açıqlayırlar.
Artan inflyasiya və mümkün tənəzzül texnologiya sənayesində narahatlıqlara səbəb olub, bir çox texnologiya şirkəti, xüsusən də ABŞ-da, keçən il minlərlə insanı işdən çıxarmaq və ya yeni işçiləri ixtisar etmək qərarına gəlib. Bu şirkətlər arasında Meta və Amazon kimi texnoloji sektorun aparıcı şirkətlərinin olması diqqət çəkib.
Son olaraq ABŞ-ın texnologiya nəhənglərindən olan Microsoft 10 min personalını işdən çıxaracağını açıqlayıb, Google-un ana şirkəti Alphabet 12 min, HP 6 min, IBM təxminən 3 min 900, Dell 6 min 650 nədəri və Zoom isə işçilərinin 15 faizini ixtisar edəcəyini açıqlayıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























