BP: “BTC boru kəməri üzrə neft nəqli davam edir”
“Fevralın 6-da baş vermiş güclü zəlzələ səbəbindən Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri vasitəsilə tədarük edilən Azərbaycan nefti ilə doldurulmuş tankerlərinin göndərilməsinin dayandırıldığı Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanında vəziyyət fors-major olaraq qiymətləndirilir”.
Bunu "Azəri-Çıraq-Günəşli" yatağında neft hasilatı üzrə və BTC-nin Azərbaycan və Gürcüstan hissələrinin operatorunun nümayəndəsi Tamam Bayatlı deyib.
Onun sözlərinə görə, bazar iştirakçıları və malgöndərənlərə dünəndən bu barədə məlumat verilib.
Azərbaycan neftinin ixracı üçün terminalın yerləşdiyi Ceyhandan neft tədarükü BTC-nin Türkiyə hissəsinin və Ceyhandakı terminalın operatoru olan “Botas International Limited” (Bil) tərəfindən dayandırılıb. Qərar Türkiyənin bu bölgəsində güclü zəlzələ nəticəsində neft tökülən qurğulardan birində neft halı aşkarlanmasına görə qəbul edilib.
“Qurğuda problem və sızma aşkarlandıqdan sonra şirkət dərhal bütün əməliyyatları dayandırıb, problem yaranmış sahə hermetizasiya olunub və etibarlı şəkildə qapadılıb. Ancaq bütün tanker yükləmə əməliyyatları dayandırılıb. Estakadanın işinin bərpa edilib-edilməyəcəyini müəyyənləşdirəcək araşdırma aparılır”, - T.Bayatlı söyləyib.
Onun sözlərinə görə, operator vəziyyəti qiymətləndirir, BP və tərəfdaşlara Ceyhandan neftin tankerlərə yüklənərək göndərilməsinin mümkünlüyü barədə məlumat verməlidir.
BP nümayəndəliyinin məlumatına görə, şirkət Səngəçal terminalından BTC neft kəməri ilə neft nəql etməyə davam edir. Neft Ceyhana çatdırılır və orada mövcud olan saxlanc çənlərinə doldurulur.
Ceyhan limanında hər biri 1 milyon barel tutumlu 7 neft saxlanc çəni var. T.Bayatlının sözlərinə görə, hazırda neftin saxlanması üçün imkanlar var və ona görə də BTC üzrə ixracat davam edir.
Xəttin gündəlik ötürücülüyü 1,2 milyon bareldir. Ceyhan limanından göndərilməklə BTC boru kəməri ilə başqa sort neft, o cümlədən Qazaxıstan nefti də ixrac olunur.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
20 d. əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 25 d. əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
2 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı


























