"AMB uçot dərəcəsinin azaldılmasına ən tez 2024-cü ilin əvvəlində gedəcək"
Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsinin azaldılmasına ən tez 2024-cü ilin birinci rübündə gedəcək.
Bunu Rusiyanın "Qazprombank" bankının Təhlil şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina deyib.
"Mərkəzi Bank illik inflyasiyanın davamlı yavaşlamasını nəzərə alaraq, əvvəlcə faiz artımına fasilə verəcək, sonra isə yalnız sabit inflyasiyanın azalma tendensiyası fonunda faiz dərəcəsinin aşağı salınmasına keçəcək", - Q.Xaydarşina hesab edir.
Fevralın 1-də keçirilmiş bu ilin ilk iclasında AMB yenidən maliyyələşdirmə dərəcəsini 0,25 faiz bəndi artıraraq 8,5 %-ə çatdırıb. Mərkəzi Bankın məlumatına görə, uçot dərəcəsinin artırılması ilə bağlı qərarı şərtləndirən amil stimullaşdırıcı fiskal siyasət və yerli bazara əhəmiyyətli xarici valyuta axını fonunda faktiki iqtisadi artımın potensial səviyyəni üstələməsidir.
Onun sözlərinə görə, pul-kredit şərtlərinin normallaşdırılmasının davam etdirilməsi barədə qərar “Qazprombank”ın gözləntilərinə uyğundur və aşağıdakı arqumentlərə əsaslanır: inflyasiyanın gələcək trayektoriyası qeyri-müəyyən olaraq qalır; inflyasiya gözləntiləri yüksək olaraq qalır; iqtisadi fəallıq yüksək olaraq qalır; pul kütləsi stimullaşdırıcı fiskal siyasət fonunda artır.
Bundan əlavə, pul-kredit şəraitinin tənzimlənməsi məqsədilə AMB faiz dəhlizinin aşağı həddini 0,50 faiz bəndi artıraraq 6,75 %-ə, yuxarı həddini isə 0,25 faiz bəndi artıraraq 9,5 %-ə çatdırıb.
"Bu, Mərkəzi Bankın iqtisadiyyatda kredit fəaliyyətini tənzimləmək və manatla depozitlərin cəlbediciliyini saxlamaq imkanlarını artıracaq", - Rusiya bankının nümayəndəsi bildirib.
Yeni qiymət şokları olmazsa, Mərkəzi Bank ilin sonuna qədər illik inflyasiyanın 8 %-ə qədər yavaşlayacağını gözləyir. Dünyada enerji və ərzaq qiymətlərinin sabitləşməsi fonunda iqtisadiyyatda xarici inflyasiya təzyiqi azalıb. Buna dünyanın aparıcı mərkəzi banklarının monetar sərtləşdirmə tədbirləri də kömək edib. Digər inflyasiya amilləri arasında cari əməliyyatlar hesabının profisiti fonunda manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsini qeyd etmək olar. Bu amillər dekabrda illik inflyasiyanın 14,4 %-ə qədər azalmasına səbəb olub.
Ölkədə iqtisadi fəallıq daxili tələbin hesabına güclü olaraq qalır. AMB təsdiq edir ki, ümumi tələbin bütün komponentləri yüksək iqtisadi aktivliyin qorunması üçün ilkin zəmin yaradır. Mərkəzi Bank hesab edir ki, ötən il əhalinin nominal gəlirlərinin 20 %-dən çox artması tələbin genişlənməsinə səbəb olub.
Bundan əlavə, son sosial islahatlar paketinin həyata keçirilməsi və yüksək kredit aktivliyi də daxili tələbi dəstəkləyir. Bu il bu amillərin təsirinin daha əhəmiyyətli olacağı gözlənilir.
AMB dekabr ayında pul kütləsinin artımının sürətlənməsini də qeyd edir ki, bu da əsasən fiskal stimullaşdırma hesabına baş verib. Manat ifadəsində genişlənmiş pul bazası dekabrda 3,1 %, il ərzində isə 23,8 % artıb. Belə artımı məhdudlaşdırmaq üçün AMB banklar üçün makroprudensial qaydaları və məcburi ehtiyat tələblərini sərtləşdirib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
2 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
-
2 saat əvvəl
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
3 saat əvvəl
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AccessBank-da kart əməliyyatları bərpa olundu
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Ən çox oxunanlar
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb
“Ferrum Kapital”ın kredit portfeli 26 faizə yaxın azalıb
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
"Əsas məsələ yalnız böyümə deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutmasıdır"

























