Türkiyədə illik inflyasiya düşüb
Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, yanvar ayında Türkiyədə illik inflyasiya azalaraq dekabr ayındakı illik 64,27%-dən illik 57,68%-ə düşüb.Türkiyə Statistika Təşkilatı (TÜİK) yanvar ayı üzrə istehlakçı və istehsalçı qiymətləri indekslərini açıqlayıb.
Marja Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına istinadən xəbər verir ki, istehlak qiymətləri (inflyasiya göstəricisi) yanvar ayında 2022-ci ilin ilin eyni ayı ilə müqayisədə 57,68% artıb. İstehlak qiymətləri ötən ilin dekabr ayında 2021-ci ilin dekabr ayı ilə müqayisədə 64,27% artmışdı.
Yanvarda aylıq inflyasiya (ötən ilin dekabr ayı ilə müqayisədə) 6,65% olaraq açıqlanıb. Yanvar ayında aylıq inflyasiya son 9 ayda ən yüksək inflyasiya olub.
Bazar illik inflyasiyanın 53,7%; aylıq inflyasiyanın isə 3,8% olacağını gözləyirdi.
Digər tərəfdən, dekabr ayında istehsalçı qiymətlərindəki deflyasiyadan sonra aylıq müqayisədə yenidən inflyasiya qeydə alınıb. TÜİK-in məlumatına görə, istehsalçı qiymətləri indeksi aylıq 4,15% artıb. İllik müqayisədə istehsalçı qiymətləri indeksində 86,46% artım müşahidə olunub.
Baza inflyasiyası isə illik 52,97% olaraq qeydə alınıb. Dekabrda bu göstərici 51,93% təşkil etmişdi.
Yanvar ayında ən yüksək illik və aylıq artım səhiyyə xərclərində yaşanıb. Tibbi xidmətlərin qiymətləri aylıq 18,35%; illik 77,22% artıb.
Restoran və otellər qrupunda illik 75,13%; aylıq 12,73% artım qeydə alınıb.
Türkiyə Mərkəzi Bankı 2023-ci il üçün inflyasiya proqnozunu 22,3%, 2024-cü il üçün isə 8,8% səviyyəsində bəyan edib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
15 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz





















