Microsoft-un xalis mənfəəti azalıb
ABŞ-ın texnologiya şirkətlərindən olan Microsoft-un xalis mənfəəti ötən ilin oktyabr-dekabr dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12 faiz azalıb.Oktyabr-dekabr dövrünü maliyyə təqvimində ikinci rüb kimi qəbul edən Microsoft, balans hesabatını açıqlayıb.
Marja xəbər verir ki, şirkətin gəlirləri ötən ilin oktyabr-dekabr dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 52,7 milyard dollara çatıb. Microsoft 2021-ci ilin oktyabr-dekabr dövründə 51,7 milyard dollar gəlir əldə edib.
Şirkət bu dövrdə 2016-cı ilin iyununda başa çatan rübdən bəri ən aşağı gəlir artımını qeyd edib.
“Microsoft”un xalis mənfəəti eyni dövrdə 12 faiz azalaraq 16,4 milyard dollar olub. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 18,8 milyard dollar olub.
Şirkətin səhm üzrə mənfəəti də bu müddət ərzində 2,48 dollardan 2,20 dollara qədər azalıb.
10.000 işçini ixtisar edəcəyini açıqlayıb
Microsoft, keçən həftə 10,000 işçisini işdən çıxaracağını elan edərək, şirkətin son 8 ildə ən böyük ixtisar qərarını verib.
Microsoft Baş İcraçı Direktoru (CEO) Satya Nadella xərcləri optimallaşdırdıqlarını bildirib: "Hər sektorda və coğrafiyada təşkilatların ehtiyatlı davrandıqlarını görürük. Dünyanın bəzi hissələri tənəzzül içindədir, digər regionlar isə tənəzzülü gözləyir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
23 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 25 d. əvvəl
-
-
30 d. əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
35 d. əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
5 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
AccessBank-da kart əməliyyatları bərpa olundu
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb




























