Daha bir yeni qatar xəttə buraxıldı
Müasir qatarların sayı 21-ə çatdırılıbBakı metropolitenində daha bir yeni qatar tərkibi xəttə buraxılıb.
"Bakı Metropoliteni" QSC-nin yaydığı məlumatda bildirilir ki, bununla metropoliten xətlərində hərəkət edən yeni nəsil qatarlarının sayı 21-ə və yaxud vaqonların sayı 105-ə çatdırılıb.
Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsinin istehsal etdiyi texnoloji innovasiyalar baxımından 4-cü nəslə mənsub 4 yeni qatar tərkibi (cəmi 20 vaqon) 2022-ci ilin sonlarında Bakıya gətirilib. 81-765 B./81-766 B. Modelli 2019-cu ildə bağlanmış müqaviləyə görə, “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal edilib. Bütün vaqonların dartı mühərrikləri ilə təmin edilməsi yol profilinin mürrəkkəbliyi ilə izah edilir. Mikroiqlim nəzarət sistemində Bakının iqlim şəraitinə hesablanmaqla daha güclü kondisionerlər quraşdırılıb. Sərnişindaşıma üçün vacib ənənəvi üstünlüklərdən biri də,vaqondan-vaqona birbaşa keçidin olması da, salonun sərnişin tutumunu əsaslı şəkildə artırıb. Baş vaqonlar 315, orta vaqonlari isə 329 sərnişin üçün nəzərdə tutulub. Oturacaqların sayı baş vaqonlarda 38, orta vaqonlarda 44-dür. Vaqonlarda sərnişinlər üçün çoxfunksiyalı zonalar, həmçinin baş vaqonlarda əlil arabası üçün yerlər nəzərdə tutulub. Qapıların daha enli olması sərnişinlərin vaqonlara daha rahat minib-düşməsini təmin edir. Bu isə öz növbəsində qatarların stansiyalarda yubanmasının qarşısının alınmasına, intervaların qorunmasına da qismən mübət təsir göstərir.
Ötən il gətirilmiş vaqonlarda olduğu kimi, bu vaqonlarda da tutacaqlar sərnişin sıxlığı nəzərə alınmaqla yerləşdirilib. Xüsusən vaqonların giriş zonalarında tavandan xüsusi həndəsi formada asılmış tutacaqlar sıxlıq şəaritində sərnişinlərin rahatlığını optimallaşdırmağa imkan verir.
Yeni qatar da əvvəlkilər kimi, “Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edəcək. Hazırda 21 yeni qatardan 3-ü Qırmızı xəttin (“İçərişəhər-Həzi Aslanov”) sərnişinlərinə xidmət göstərir.
Onu da əlavə edək ki, 2022-ci ilin son iş günündə bu qatarlardan biri sazlama və sınaqlardan sonra xəttə buraxılıb. Daha iki qatar tərkibində sazlama və sınaq işləri davam etdirilir. Tezliklə onlar da eyni qayda ilə xəttə buraxılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
17 d. əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 22 d. əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
2 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı



























