ABŞ-ın proqram təminatı şirkətindən çətin qərar
Amerikanın bulud əsaslı proqram təminatı şirkəti Salesforce, işçi qüvvəsini 10% azaltmaq qərarına gəldiyini açıqlayıb.
Marja xəbər verir ki, Salesforce-un həmtəsisçisi və baş icraçı direktoru (CEO) Marc Benioff, mövzu ilə bağlı şirkət işçilərinə yazdığı məktubda, iş mühitinin çətin olmağa davam etdiyini və müştərilərin satınalma qərarlarında daha qənaətcil yanaşma tətbiq etdiklərini bildirib.
"Bunu nəzərə alaraq, biz yaxın həftələrdə işçi qüvvəmizi təxminən 10 faiz azaltmaq üçün çox çətin bir qərar verdik" - Benioff bildirib.
Bu nöqtəyə necə gəldiklərini çox düşündüklərini qeyd edən Benioff, pandemiya zamanı sifarişlərin artıması ilə həddən artıq çox insanı işə götürdüklərini və bunun hazırda üzləşdikləri iqtisadi tənəzzülə səbəb olduğunu qeyd edib.
Benioff, "Mən bunun üçün məsuliyyət daşıyıram" deyib.
Şirkətin ixtisar qərarının xərcləri 1,4-2,1 milyard dollar azaldacağı gözlənilir.
Qlobal iqtisadiyyatın yavaşlaması ilə bir çox texnologiya şirkəti minlərlə insanı işdən çıxarmaq və ya yeni işə qəbulu dayandırmaq qərarına gəlib. Bu şirkətlər arasında Meta və Amazon kimi texnologiya sektorunda aparıcı şirkətlər də var.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 22 saat əvvəl
-
- 22 saat əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























