Monqolustan Fond Birjası öz səhmlərinin ilkin kütləvi təklifini keçirəcək
Monqolustan Fond Birjası (MSE) dekabrın 26-dan 30-dək öz səhmlərinin ilkin kütləvi təklifini (İPO) keçirmək niyyətindədir,
Marja xəbər verir ki, bu barədə birjanın saytında bildirilir.
Birjanın səhmlərinin 34%-nin sərbəst dövriyyədə olması planlaşdırılır. Daha əvvəl 2022-ci ilin sonuna qədər MSE-nin IPO-sunun keçirilməsi planları barədə məlumat verilmişdi.
“Monqolustan Fond Birjası hər birinin nominal dəyəri 100 tugrik olan cəmi 119 milyon 157 min 603 ədəd səhm təklif etməklə, ümumilikdə 11,9 milyard tugrik (təxminən 3,46 milyon ABŞ dolları - red.) cəlb etməyi planlaşdırır”, - məlumatda deyilir.
MSE-nin icraçı direktoru Xanqayn Altay sosial mediada yayımlanan çıxışında deyib: “Monqolustan Fond Birjası ictimaiyyətə təqdim olunur. Dövlət şirkətlərinin idarə edilməsində şəffaflığın həlli yolu onları ictimailəşdirməkdən keçir. Ona görə də Monqolustan Fond Birjası dövlət şirkətləri arasında birinci olacaq".
O bildirib ki, güclü siyasi xadimlər və onların qohumları səhmlərə sahib ola bilməzlər. Beləliklə, Monqolustan Fond Birjası istənilən siyasi təsirdən azad olacaq.
Monqolustan Fond Birjası 1991-ci ildə fəaliyyətə başlayıb. Monqolustanda yeganə birjadır. 2002-ci ildə MSE 100 faiz dövlət mülkiyyətində olan səhmdar cəmiyyətə çevrildi.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 22 saat əvvəl
-
- 22 saat əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























