Neft qiymətləri yüksəlib
Çərşənbə günü neft qiymətləri yüksəlib. Çünki məlumatlar ABŞ-ın bazalarında ehtiyatların gözləniləndən daha çox azaldığını göstərib.
Amerika Neft İnstitutunun məlumatlarına görə, ABŞ-ın neft ehtiyatları ötən həftə 3 milyon barel azalıb. Rəsmi məlumatlara görə, ehtiyatlar 1,7 milyon barrel düşüb. Ehtiyatların azalması Keystone boru kəmərinin müvəqqəti bağlanması nəticəsində tədarükün dayandırılması fonunda baş verir.
Marja xəbər verir ki, London birjasında Brent markalı neftin fyuçersləri 0,4% artaraq bir barel üçün 80,30 dollara yüksəlib və ardıcıl üçüncü seansda yüksəlib. West Texas Intermediate markalı xam neftin fyuçersləri isə 0,1% artaraq barel üçün 76,32 dollar olub.
Xam neft qiymətləri bu həftə zəifləyən dollardan da faydalanıb.
Qiymətlərə ABŞ hökumətinin fevral ayından Strateji Neft Ehtiyatını doldurmağa başlamaq öhdəliyi də kömək edib və bu, bazarlara alış siqnalı verib.
Digər tərəfdən, ABŞ-ın orta qərbində fırtına olacağı proqnozlaşdırılır. Fırtına yanacağa olan tələbatı azalda bilər. Keystone boru kəmərinin yenidən tam işə salınması ilə ABŞ-ın tədarükü də artacaq.
Artan benzin ehtiyatları da göstərib ki, dünyanın ən böyük neft istehlakçısında yanacağa tələb hələ də zəif olaraq qalır.
Neft qiymətləri son seanslarda artsa da, artan faiz dərəcələri və yüksək inflyasiya ilə 2023-cü ildə tənəzzül baş verəcəyinə dair narahatlıqlar qalmaqdadır. İqtisadi tənəzzül xam neftə tələbi azalda bilər.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 22 saat əvvəl
-
- 22 saat əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























