Böyük Britaniyada inflyasiya son 41 ilin ən yüksək səviyyəsindən aşağı düşüb
Böyük Britaniya Statistika İdarəsinin məlumatına görə, illik inflyasiya oktyabrdakı 11,1 faizdən noyabrda 10,7 faizə enib.
Marja xəbər vverir ki, iqtisadçıların gözləntiləri 10,9 faiz idi.
İnflyasiyanın sürətinin aşağı düşməsinə benzin, geyim və ikinci əl avtomobil qiymətlərindəki geriləmə səbəb olub.
Baza inflyasiya oktyabrda 6,5 faiz artdıqdan sonra noyabrda 6,3 faiz artıb. Xidmətlər inflyasiyası 6,3 faiz səviyyəsində qalıb ki, bu da son 30 ilin ən yüksək göstəricisidir.
Açıqlanan məlumatların enerji və qida xərclərinin artmasından mənfi təsirlənən ev təsərrüfatları üçün qənaətbəxş olacağı gözlənilsə də, İngiltərə Mərkəzi Bankının faiz qərarlarında dəyişikliyə səbəb olacağı gözlənilmir. Mərkəzi Bankın cümə axşamı keçiriləcək iclasında inflyasiyanın qarşısını almaq üçün bu il doqquzuncu dəfə faiz dərəcələrini artıracağı gözlənilir. Artımların 2023-cü ilin ilk yarısında davam edəcəyinə dair mesajlar da verilə bilər.
Analitiklər qeyd edir ki, məlumatlar inflyasiyanın pik həddinə çatdığını göstərir. Bununla belə, inflyasiya təzyiqləri geniş miqyaslıdır.
Dünən ABŞ-da açıqlanan məlumatlar illik 7,1 faizə düşən inflyasiyada pik nöqtənin müşahidə edildiyinə diqqəti çəkib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















