"Qərbin Rusiya neftinə qiymət tavanının tətbiqi heç bir effekt verməyəcək" - MƏŞHUR İNVESTOR
"Qərbin Rusiya neftinə qiymət tavanının tətbiqi heç bir effekt verməyəcək, bazar iştirakçıları nəzarətdən çıxış yolu tapacaqlar".
Marja xəbər verir ki, bunu məşhur amerikalı investor Cim Rocers bildirib.
Rocers dünyanın ən məşhur investorlarından biridir, milyarder Corc Soros ilə birlikdə yaratdığı Quantum investisiya fondunun həmtəsisçisidir. Rocers investisiya mövzusunda bir sıra kitabların müəllifidir. Rogers Beynəlxalq Əmtəə İndeksi (RICI) onun adını daşıyır.
"Qısa müddətdə insanlar qiymət məhdudiyyətindən yayınmağın bir yolunu tapacaqlar", - o deyib.
İnvestorun vurğulayıb ki, uzunmüddətli perspektivdə Rusiya neftinin qiymətinin yuxarı həddi “faktiki olaraq heç bir təsir göstərməyəcək”.
Rogers deyir ki, investisiya yatırmaq və bazarları öyrənməklə bağlı çoxillik təcrübəsi göstərir ki, qiymətlərə nəzarət və digər süni məhdudiyyətlər adətən işləmir, çünki “kimsə həmişə başqa yol tapır”.
"Beləliklə, mən bu xüsusi hərəkətə şübhə ilə yanaşıram",- Rogers əlavə edib.
Qərbin neft sanksiyaları dekabrın 5-də qüvvəyə minib: Avropa İttifaqı dəniz yolu ilə nəql edilən Rusiya neftini qəbul etməyi dayandırıb, üstəlik, G7 ölkələri, Avstraliya və Avropa İttifaqı Rusiya neftunə maksimum 60 dollar/barel qiymət limiti tətbiq edib. Rusiya Baş nazirinin müavini Aleksandr Novak qərarı şərh edərkən bildirib ki, Rusiya hasilatı azaltmalı olsa belə, neft qiymətləri ilə bağlı "tavanı" qəbul etməyəcək.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























