"Qızılın unsiyasının qiyməti 3 min dolları keçəcək" - "ŞOKEDİCİ PROQNOZ"
"2023-cü ildə qızılın unsiyasının qiyməti 3 min dolları keçəcək".
Marja xəbər verir ki, bu fərziyyə Danimarkanın Saxo Bankının çərşənbə axşamı dərc olunmuş 2023-cü il üçün qeyri-rəsmi proqnozlarında yer alıb. Rəsmi olmayan “şokedici proqnozlar” mümkün gələcək hadisələri təsvir edir.
Proqnozlarda qeyd edilib ki, 2023-cü ildə qızılın qiyməti bir unsiya üçün 3000 dollardan yuxarı qalxacaq.
Hazırda mərkəzi banklar və bazarlar inflyasiyanın bir neçə ildən sonra hədəf səviyyələrə qayıdacağını gözləyirlər. Güclü dollar fonunda investorlar ABŞ Xəzinədarlığının istiqrazları üzrə yüksək gəlirlər əldə edirlər.
Saxo-nun fikrincə, FED-in siyasəti (faiz artırması) yeni problemlərə gətirib çıxaracaq. Fed bu və ya digər şəkildə faizlərini azaltmalı olacaq ki, bu da dolları zəiflədəcək. Paralel olaraq Çinin COVID-19-a qarşı sərt siyasətini yumşaltacağı gözlənilir. Əmtəələrə tələbin artması nəticəsində inflyasiya, xüsusilə ABŞ valyutasının getdikcə zəifləməsi fonunda yüksələcək. Qızılın qiyməti 2023-cü ildə ən azı 3 min dollara çatacaq.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
2 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib






















