Qızıl birjalarda bahalaşmaqda davam edir
Bazar ertəsi səhər bahalaşan qızılın qiyməti hər troy unsiyası üçün 1821 dolları keçib. Çin iqtisadiyyatını yenidən açılması və dolların zəifləməsi qiymətli metalın dəyərini dəstəkləyir.Həftənin ilk günündə qızıl qlobal bazarlarda bahalaşır, çünki Çin epidemiya tədbirlərini yumşaldır, dollar ucuzlaşır.
Marja xəbər verir ki, qızılın unsiyası bu həftənin ilk hərraclarında 1821 dolların üstünü test edib. Beləliklə, iyul ayından bəri ən yüksək səviyyələr qeydə alınıb. Nyu-Yorkun Comex birjasında qızılın fevral fyuçerslərinin qiyməti 12,25 dollar və ya 0,68% artaraq 1 troy unsiyası üçün 1821,85 dolları görüb.
ABŞ-dakı son məşğulluq məlumatları qızıl üçün daha mənfi mühit yaratsa da, qızılı aşağı qiymətlərdən alışlar da bahalaşdırır.
Dollar İndeksi, ötən həftə ərzində ümumilikdə 1,3 faiz düşdükdən sonra bu səhər təxminən 0,4% də geriləyərək zəif olaraq qalır. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0,37% azalaraq 104,16 bənd təşkil edib. Dolların ucuzlaşması qızılı digər valyutalarda almaq üçün daha əlverişli edir.
Çin hakimiyyəti Kovid-19 məhdudiyyətlərini yüngülləşdirərək iqtisadiyyatın yenidən açılması prosesini sürətləndirib. Keçən həftə sərt tədbirlərə qarşı etirazlardan sonra karantin rejimi yumşaldılır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
-
19 d. əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib






















