Tesla Çində 430 mindən çox avtomobili geri çağıracaq
Söhbət 142 min Model 3 avtomobilindən və təxminən 293 min Model Y avtomobilindən gedirABŞ-ın elektrik avtomobil istehsalçısı olan Tesla arxa işıqları ilə bağlı problemə görə 435 mindən çox Model 3 və Model Y avtomobilini Çin bazarında geri çağıracaq.
Marja xəbər verir ki, bu barədə bazar günü Sinxua agentliyi məlumat yayıb.
Məlumata görə, proqram xətası səbəbindən elektromobillərin hər iki və ya bir tərəfindəki arxa işıqlar yanmaya bilər. Bu, zəif görmə şəraitində toqquşma riskini artırır.
Agentliyin məlumatına görə, 2020-ci ilin dekabrından 2022-ci ilin noyabrınadək istehsal olunmuş 142 000 Model 3 avtomobili və 2021-ci ilin yanvarından 2022-ci ilin noyabrına qədər konveyerdən çıxan təxminən 293 000 Model Y avtomobili geri çağırılır. Tesla problemi həll etmək üçün proqram yeniləməsini həyata keçirəcək.
Noyabrın 25-də bildirilmişdi ki, Çin tənzimləyicisi Tesla-ya proqram təminatı və təhlükəsizlik kəmərlərinin bərkidicilərindəki problemlərə görə 80 mindən çox Model S və Model X avtomobilini geri çağırmağı tapşırıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
-
19 d. əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























