"Bu qərar Dünyada inflyasiyanın yüksəlməsinin yaratdığı çətinlikləri daha da artıracaq"
“Global Times”ın Çin nəşrinə müsahibə verən ekspertlərin fikrincə, qiymət tavanının tətbiqi Moskvanın “diplomatik səviyyədə həlledici cavab tədbirləri” ilə nəticələnə bilər. Rusiya neftinin qiymətinin tavanı Avropa İttifaqına ən çox zərbə vuracaqAvropa İttifaqının Rusiya neftinə tavan qiymət tətbiq etməsi Avropa ölkələrinin özləri üçün maksimum mənfi təsirlə nəticələnəcək.
Marja xəbər verir ki, bu fikri bazar ertəsi Çinin “ Global Times” qəzetinin müəllifləri yerli ekspertlərin rəyinə istinadən bildiriblər.
Xiamen Universitetinin (Şərqi Çin) Enerji İqtisadiyyatı Tədqiqat Mərkəzinin direktoru Lin Baoqiang, "Avropa enerji qiymətlərinin daha yüksək olmasına hazırlaşmalıdır" deyib.
O qeyd edib ki, Moskva çətin ki, endirimli qiymətlərlə neft satışı həyata keçirməyə razı olsun. Ekspert qeyd edib ki, eyni zamanda Avropa İttifaqı ABŞ-dan neft idxalını artırmalı olacaq.
"Yaxın gələcəkdə Avropa demək olar ki, qaçılmaz olaraq bu enerji daşıyıcısının qiymətlərinin kəskin artacağını gözləyəcək", - Lin Baoqiang əlavə edib.
"Dünyada inflyasiyanın yüksəlməsi fonunda bu, istər-istəməz mövcud çətinlikləri artıracaq. Son onilliklərdə rekord qiymət artımı qeydə alan Avropa İttifaqı ən güclü zərbəni görəcək", - məqalədə vurğulanır.
Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun üzvü Zhang Honqun sözlərinə görə, qiymət tavanının tətbiqi Moskvanın “diplomatik səviyyədə kəskin əks tədbirlərə” üz tutması təhlükəsi yaradır. Qəzet yazır: “Görünən odur ki, Avropa İttifaqı Rusiya Federasiyasından daha çox əziyyət çəkəcək, çünki Rusiya tərəfi Avropadan kənarda alternativ bazarlar axtara bilər”.
Ekspert: Ukrayna da problemlərlə üzləşəcək
Avropa İttifaqı ölkələrinin Rusiya neftinin qiymətinə məhdudiyyət tətbiq etməsi səbəbindən Ukrayna neft məhsullarının qıtlığı və onların maya dəyərinin artması ilə üzləşəcək. Bu fikri Ukraynanın "A-95" konsaltinq qrupunun direktoru Sergey Kuyun bildirib.
Ekspert özünün Facebook səhifəsində Bolqarıstanda, Yunanıstanda, İtaliyada neft tədarükü və neft məhsullarının istehsalı ilə bağlı problemləri qeyd edib:
"Bu, nəyə gətirib çıxaracaq - qiymətlərin artmasına və yanacağın dəniz və quru yolu ilə daşınması xidmətlərinin yüksəlməsinə".Dekabrın 5-də Avropa İttifaqının Rusiya neftinin barreli üçün 60 dollar səviyyəsində müəyyən etdiyi qiymət tavanı qüvvəyə minir. Bəzi avropalı ekspertlər bu tədbirin qlobal iqtisadiyyata mənfi təsir edəcəyindən ehtiyat edirlər. Rusiya prezidenti Vladimir Putin daha əvvəl xəbərdarlıq etmişdi ki, Rusiya belə şərtlər altında enerji məhsullarını ixrac etməyəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 d. əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 7 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
2 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı

























