Avropanın təyyarə istehsalçısı Rusiya titanından imtina edəcək
Avropanın təyyarə istehsalçısı "Airbus" bir neçə ay ərzində Rusiya titanının idxalını dayandırmağı planlaşdırır.
Marja xəbər veri ki, bunu şirkətin müdafiə və kosmik bölməsinin rəhbəri Maykl Şolhorn bildirib.
Dünyanın ən böyük titan istehsalçısı Rusiyanın "VSMPO-Avisma" ("ВСМПО-Ависма") korporasiyasıdır, onun tərəfdaşları arasında "Boeing", "Airbus", "Embraer", "Rolls-Royce", "Safran Aircraft Engines" var. "VSMPO-Avisma" qlobal aerokosmik sənaye üçün titan tədarükünün 30%-ni, o cümlədən "Boeing"in titan ehtiyaclarının 40%-ni və "Airbus"un ehtiyaclarının 60%-ni təmin edir.
"Söhbət titandan gedirsə, biz Rusiya ilə əlaqələri kəsmək prosesindəyik. Bu, illərin yox, ayların məsələsidir... Mən dəqiq tarix deyə bilmərəm, bu, kifayət qədər mürəkkəb prosesdir, amma baş verəcək", Şolhorn Münhendə keçirdiyi brifinqdə deyib.
"Airbus"un Baş direktoru Guillaume Faury avqust ayında "Wall Street Journal"da bildirmişdi ki, əgər "VSMPO-Avisma" qlobal aerokosmik sənayeyə metal tədarükünü dayandırsa, "bu, tarixin sonu olacaq".
"Airbus" dünyanın ən böyük aerokosmik və müdafiə sənayesi şirkətlərindən biridir. Şirkət, "Airbus SAS" (sərnişin təyyarələri istehsalı), "Airbus Defence and Space" (müdafiə və aerokosmik məhsullar və xidmətlər) və "Airbus Helicopters" (vertolyot istehsalı) istehsal edən bölmələrindən ibarətdir. İşçilərin sayı 130 min nəfərdən çoxdur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
-
23 d. əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























