500 Global Akselerasiya proqramına rekord sayda Azərbaycan startapı seçilib
(®) Dünyanın ən yaxşı startap akseleratoru olan 500 Global Akselerasiya proqramına bu il 3 Azərbaycan startapı iştirak haqqı qazanıb.
500 Global Akselerasiya proqramına hər il yüzlərlə startap müraciət edir. Müraciətçilərdən çox az bir qismi proqramda iştirak haqqı qazanır. Bu il proqrama qəbul olan startapların 20%-i (15 startapdan 3-ü) Azərbaycan startaplarıdır. Epoint, Bonpara və Voiceloft startapları proqrama qoşulan Azərbaycan startaplarıdır.

Proqrama qoşulan Epoint startapının təsisçisi və direktoru Zeynal Kərimzadə açıqlamasında proqram haqqında fikirlərini bildirib.
"500 Global Akselerasiya mərkəzi dünyanın Top 3 siyahısında olan akselerasiya mərkəzidir. Sözsüz ki bu proqrama qatılmaq, hər bir startapın arzusudur. Burada 3 aylıq mentor proqramı və dünyanın hər bir yerindən olan digər komandalar ilə fikir mübadiləsi, təcrübənin bölüşməsi və proqram nümayəndələri tərəfindən dəyərli məsləhətlərin vermələri əsas dəyər qatır. Əlavə olaraq proqrama qoşulan layihələrə yatırımlar olunur və dünya miqyaslı vençur fondlar ilə tanış olmaq imkanları yaranır. Epoint olaraq bu proqramda iştirak etməyimizə çox şadıq və çalışacayıq ki layihəmizi digər ölkələrdə tanıdaq".

500 Global Akselerasiya proqramı 81-dən çox ölkəni əhatə edir. Proqrama qoşulan digər Azərbaycan startapı Bonpara-nın təsisçisi Orxan Əhmədov açıqlama verib.
"Bonpara öz istifadəçilərinə onlayn alış-verişdən kəşbək qazanmağa kömək edən platformadır. Şirkətimiz adi internet istifadəçilərinə xidmət etməklə yanaşı, həm də şirkətlərə whitelabel həlləri təqim edir. 500 Global Georgia proqramına qəbul olduqdan sonra planımız, yeni bazarlara açılaraq, orada fəaliyyətə başlamaq və hazırda üzərində işlədiyimiz yeni həlləri təqdim etməkdir. Hazırda layihəmiz Adtech Marketing yönümlü olsa da, bundan sonra E-commerce və Fintech həllərimizi də birləşdirərək, bazara təmamilə yeni məhsul təqdim etməyi hədəfləmişik. 500Global proqramından gözləntilərimiz isə təcrübə, partnyorlar və proqramın digər layihələri ilə təcrübə və biznes mübadiləsidir".

500 Global proqramına qəbul olan Azərbaycan startapı Voiceloft süni intellektə əsaslanan həllər təqdim edir. Voiceloft audio verilənlər toplusunun toplanması və satışını həyata keçirir. Startapın təsisçisi Toğrul Səməd 500 Global proqramı haqqında öz fikirlərini bölüşüb.
"Proqram çox yaxşı təşkil olunub və peşəkar mentorlar iştirak edir. Mentorlardan öyrəndiyimiz biliklər və məsləhətlər çox faydalıdır. Proqramın bir çox müsbət cəhəti olacaq. İlk öncə onu qeyd edim ki, 500Global brendi kifayət qədər güclü olduğuna və böyük investor şəbəkəsinə malik olduğuna görə növbəti mərhələlərdə daha çox investisiya almağa kömək edəcək. Proqramdan sonra əsas fokusumuz "Fundraising" olacaq, yəni əsasən, investisiyanın qaldırılması və satışların artırılmasına yönələcəyik. Ümid edirik ki, bu akselerasiya proqramı zamanı lazım olan biliklər əldə edəcəyik".
500 Global 2010-cu ildə əsası qoyulmuş və erkən mərhələdə yüksək inkişaf edən texnologiya startaplarına sərmayə qoyan qlobal vençur kapitalı firmasıdır. Yarandığı gündən 500 Global 81 ölkədə 2600-dən çox şirkətin 5000-dən çox təsisçisini dəstəkləmişdir. Onun portfelinə 1 milyard dollar dəyərində 45 şirkət və dəyəri 100 milyon dollardan çox olan 130-dan çox şirkət daxildir. 500 Global maraqlı tərəflərlə sıx əməkdaşlıq edir və hökumətlərə və korporasiyalara startapın sürətli inkişafı üçün sahibkarlıq ekosistemlərinin yaradılması ilə bağlı məsləhətlər verir. Onu da qeyd edək ki, 500 Startups akselerasiya proqramı 2021-ci il sentyabrdan etibarən 500 Global olaraq adlandırılır.
© Tech.az
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 22 saat sonra
-
- 22 d. əvvəl
-
48 d. əvvəl
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"
- 51 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı rəsmi məlumat
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dollarla 8% gəlir: Unibank-ın yeni istiqrazlarının detalları açıqlandı
-
2 saat əvvəl
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"
"Rabitəbank" 10 milyon dollarlıq saziş imzalayıb
Ən çox oxunanlar
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
Rəsmi məzənnələr açıqlandı
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
İlk 5 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16,6% artaraq 1,5 milyard dolları təşkil edib
Bu gün PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsinə başlanılır
























