“Baku Steel Company” QSC nüfuzlu beynəlxalq təşkilatın üzvü oldu
(®) Qafqazın ən böyük metallurgiya şirkəti “Baku Steel Company” QSC dünya metallurqlarının nüfuzlu beynəlxalq təşkilatı hesab edilən “World Steel Association”a (Dünya Polad Assosiasiyası, qısaca - worldsteel) müntəzəm üzvlüyə qəbul olunub. Bununla bağlı təşkilatın 2022-ci ilin 17-18 oktyabr tarixlərində Brüsseldə Üzvlər Şurasının iştirakı ilə keçirilən ümumi yığıncağında qərar qəbul edilib.
Dünyanın ən iri və dinamik sənaye assosiasiyalarından biri olan “worldsteel”ə yalnız nəhəng polad istehsalçıları üzv qəbul olunur. “Baku Steel Company” QSC isə Cənubi Qafqazda bu təşkilata üzv olan yeganə Azərbaycan şirkətidir. Bundan əlavə, şirkətin Baş direktoru Kamal İbrahimov Assosiasiyanın Üzvlər Şurasının (Board of Members) tərkibinə qəbul edilmişdir.
Qeyd edək ki, “worldsteel” sıralarında 170-dən çox polad istehsalçısını, milli və regional sənaye assosiasiya və tədqiqat institutlarını birləşdirən qeyri-kommersiya təşkilatıdır və mərkəzi qərargahı Belçikanın paytaxtı Brüssel şəhərində yerləşir. Dünya üzrə polad istehsalının təxminən 85%-i məhz bu Assosiasiyanın üzvlərinin payına düşür. Artıq 55 ildir fəaliyyət göstərən “worldsteel” hazırda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Şurasında məsləhətçi statusuna malikdir. Polad sənayesi üçün beynəlxalq mərkəz rolunda çıxış edən “worldsteel” üzvlərinə bir sıra sahələrdə dəstək olur, bizneslərinin inkişafına imkanlar yaradır. Bu məqsədlə müxtəlif proqramlar həyata keçirən Assosiasiyaya üzvlük ”Baku Steel Company” QSC-yə həmçinin, təşkilatın dünya və regional polad istehsalı ilə bağlı hazırladığı statistik və ümumi hesabatlarını əldə etməyə, əməkdaşların komitələrdə üzvlüyünə, qlobal polad istehsalçılarının ümumi şəbəkəsində, eləcə də dünyanın qabaqcıl polad istehsalçılarının qatıldığı konfrans və tədbirlərində iştirakına imkan yaradacaq.
Xatırladaq ki, “Baku Steel Company” QSC hazırda yüksək keyfiyyətdə armatur, katanka (məftil), dairəvi çubuqlar, kvadrat və dairəvi pəstahlar, tikişsiz borular, habelə çeşidli fasonlu tökmələr istehsal edir. Fəaliyyət göstərdiyi 20 ildən artıq dövrdə nəinki Azərbaycanın, bütün Qafqaz regionun tanınmış brendinə çevrilə bilən şirkətin məhsulları yerli bazarda böyük tələbatla satılmaqla yanaşı Avropa, Amerika və Asiyanın ümumilikdə 20-dən çox ölkəsinə ixrac olunur.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
10 saat sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
6 saat əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
-
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
1 gün əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO




















