Yığımları artan və azalan sığorta şirkətləri məlum olub
2022-ci ilin doqquz ayı üzrə Azərbaycan sığorta bazarında yığımları ən çox artan və azalan sığorta şirkətləri məlum olub.
20 sığorta şirkətindən 8-nin yığımları azalıb, 12-nin yığımları isə artıb.
Son bir ildə sığorta yığımları ən çox azalan şirkət “Azərsığorta” olub – 42 milyon manat. Belə ki, sığorta şirkətinin yığımları bu ilin doqquz ayı üzrə 9,5 milyon manat olub. Halbuki, ötən ilin üçüncü rübü üzrə şirkət 51,5 milyon manat sığorta haqqı toplamışdı. Bu da ötən ildən etibarən dövlət icbari şəxsi sığorta növləri ilə bağlı yığımların toplanmasının “Azərsığorta”dan alınaraq Dövlət Sosial Müdafiə Fonduna həvalə olunması ilə bağlıdır.
Siyahıda ikinci olan “AtaSığorta”nın yığımları son bir ildə 61,2% və ya 5,7 milyon manat azalaraq 3,6 milyon manata düşüb.
Hesabat dövrü üzrə “Günay Sığorta”nın yığımları 29% və ya 2,3 milyon manat azalaraq 5,7 milyon manata, “Meqa Sığorta”nın yığımları isə 9,5% və ya 1,7 milyon manat azalaraq 16,8 milyon manata enib.
Sığorta yığımları azalan şirkətlər sırasında həyat sığorta şirkəti “Qala Həyat” da yer alıb. Şirkətin yığımları 1,1% və ya 168 min manat azalaraq 14,7 milyon manata düşüb.
“Naxçıvan Sığorta” üzrə azalma müvafiq olaraq 0,2% və 4 min manat olub.
Sığorta yığımları ən çox artan şirkətlər siyahısında isə “PAŞA Həyat” birinci olub. Şirkətin yığımları son bir ildə 31,9% və ya 75 milyon manat artaraq 310,5 milyon manata çatıb.
“PAŞA Sığorta”nın yığımları 14,8% və ya 22,3 milyon manat artaraq 172,9 milyon manata, “Xalq Sığorta”nın yığımları isə 46,4% və ya 9,6 milyon manat artaraq 30,2 milyon manata çatıb.
“Atəşgah Sığorta” 28,7% və ya 4,9 milyon manat artımla siyahıda dördüncü, “İpək Yolu Sığorta” isə 30,4% və ya 4,5 milyon manat artımla beşinci olub. “Atəşgah Sığorta” bu ilin doqquz ayında 22,2 milyon manat, “İpək Yolu Sığorta” isə 19,4 milyon manat sığorta haqqı toplaya bilib.

İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 15 saat sonra
-
-
30 d. əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 31 d. əvvəl
- 36 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
3 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb



























