Mərkəzi Bank faiz artırdı, ölkənin milli valyutası bir saatdan az müddətdə 13% ucuzlaşdı
Cümə axşamı Misir Mərkəzi Bankı inflyasiya təzyiqini cilovlamaq və ortamüddətli perspektivdə qiymətləri sabitləşdirmək məqsədilə əsas faiz dərəcəsini 200 baza bəndi artıraraq 11,75%-dən 13,75%-ə çatdırıb.
Marja.az xəbər verir ki, qərardan sonra Misir funtu Dollar qarşısında sürətlə ucuzlaşıb.
Cümə axşamı ticarətin əvvəlində Mərkəzi Bankın rəsmi məzənnəsi 1 dollar üçün 19,7 funt səviyyəsində müəyyən edilmişdi. Mərkəzi Bankın qərarından sonra Misir funtu sürətlə ucuzlaşıb, ABŞ Dolları/Misir funtu məzənnəsi 22,35 funta çatıb.
Misir funtu bir saatdan az müddətdə əməliyyat zamanı dollara nisbətdə 13%-dən çox ucuzlaşaraq yeni rekord qırıb.
Misir Mərkəzi Bankının internet saytı yüklənməsi səbəbindən işini dayandırılıb.
Misirin iki dövlət bankı - NBE və Banque Misr dolların satış məzənnəsini 22,35 funt, alış məzənnəsini isə 22,25 funt olaraq təyin edib. Xarici banklarda, xüsusən də SAİB bankında məzənnə bir dollar üçün 22,5 funt həddini keçib.
Sentyabrda Misirdə illik inflyasiya təxminən dörd ildə ilk dəfə olaraq 15%-i keçib.
Mart ayından bəri Misir funtu dollar qarşısında 42%-dən çox dəyərdən düşüb. Martda 1 dollar 15,6 funta bərabər idi.
Misirin maliyyə naziri Məhəmməd Maait avqust ayında bildirib ki, ilin əvvəlindən Misirdən təxminən 22 milyard dollar sərmayə çıxarılıb və bu, borcun ödənilməsini çətinləşdirib, ölkədə iqtisadi böhrana səbəb olub.
İnvesting.com-un məlumatına görə USD/EGP məzənnəsi 22,7 səviyyəsini keçib. 19,7 səviyyəsindən açılan məzənnə 22,7-yə yüksəlib (15,2% artım).
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
8 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























