Fitch ABB-nin reytinqini iki pillə yüksəltdi
(®) Fitch Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxaraq Bankın Uzunmüddətli emitentin defolt reytinqini B səviyyəsindən BB- səviyyəsinə qədər yüksəldib.
ABB_daən Marja-ya daxil olmuş press-relizdə bildirilir ki, reytinq proqnozunu isə Stabil olaraq müəyyənləşdirib. Reytinqin iki pillə yüksəlməsində Bankın açıq valyuta mövqeyinin tam bağlanmasının böyük rolu olub.
Fitch ekspertləri hesab edir ki, ABB-nin mövcud dayanıqlılıq reytinqi (VR) də Bankın dayanıqlı maliyyə durumunu, güclü balans strukturunu əks etdirir. Burada ABB-nin dövlət bankı olmasının da mühüm rolu var. ABB-nin aktivlərinin strukturu sektorun orta göstəriciləri ilə müqayisədə üstün keyfiyyətə, gəlirliliyə və güclü likvidliyə malikdir. Agentliyin rəyində Bankın gəlir mövqeyi yüksək qiymətləndirilir. Aktivlərinin keyfiyyəti, kapital dayanıqlılığı barədə müsbət fikirlər bildirilir. Eləcə də Bankın fəaliyyət indekslərinin requlyativ tələbələrə uyğunluğu qeyd edilir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 d. əvvəl
- 21 d. əvvəl
- 25 d. əvvəl
-
-
36 d. əvvəl
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
-
1 saat əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 2 saat əvvəl
Son Xəbərlər
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Ən çox oxunanlar
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə























