Smartfon bazarında son 8 ilin ən pis 3-cü rübü
Qlobal smartfon bazarı 2014-cü ildən bəri ən pis üçüncü rübünü yaşayıb, çünki istehlakçılar iqtisadi dalğalanmalar nəticəsində elektronika kimi vacib olmayan xərcləri təxirə salmağa meyllidirlər.
Marja xəbər verir ki, "Canalys" bazar araşdırması firmasının məlumatına görə, sentyabrda bitən üç ayda (iyul-sentyabr) dünya üzrə smartfon satışları 9 faiz düşərək, davam edən azalmanı 2022-ci ilə qədər uzadıb.
Canalys, tələbdə azalma meylinin daha 9 ay davam edəcəyini gözlədiyini bildirib.
"2022-ci ilin 3-cü rübündə qlobal smartfon bazarı bu il ardıcıl üçüncü enişini qeyd edərək, illik müqayisədə 9% azalıb. Bu, 2014-cü ildən bəri üçüncü rüb üzrə ən pis göstəricidir. İqtisadi vəziyyətin ağırlaşması istehlakçıları elektron avadanlıqların alınmasını gecikdirməyə və digər vacib xərclərə üstünlük verməyə vadar edib. Bu, ehtimal ki, növbəti altı-doqquz ay ərzində smartfon bazarını zəiflətməyə davam edəcək",- "Canalys"ın məlumatında bildirilir.
Faiz dərəcələrindəki artımlar və artan enerji qiymətləri müştərilərin tələbinin azalmasına səbəb olarkən, Çindəki iqtisadi yavaşlama və Covid-19 karantinləri smartfon satışlarının sürətinin azalmasında əsas rol oynayıb.
Xiaomi Corp., Vivo və Oppo kimi çinli oyunçuların hamısı bu il satışlarında ikirəqəmli azalma ilə üzləşiblər və yalnız Apple şirkətinin iPhone-larının satışı artım nümayiş etdirib.
Məlumatlar göstərir ki, Samsung, intensiv endirimlər və promosyonların töhfəsi ilə bazarın 22 faizi ilə qlobal lider mövqeyini qoruyur. Apple (18%) və Xiaomi (14%) 2-ci və 3-cü yeri tuturlar. Xiaomi-nin bazar payı dəyişməyib.
Sentyabr ayında iPhone 14 seriyasını təqdim edən Apple şirkəti bazar payını 18%-dən 18%-ə çatdırıb. Oppo və Vivo isə keçən illə müqayisədə daha kiçik paya malik olublar. Oppo-nun bazar payı 11%-dən 10%-ə, Vivo-nun bazar payı isə 11%-dən 9%-ə düşüb.
Canalys-ın analitiki Sanyam Çaurasia bildirib: "Alışı gecikdirən istehlakçılar cihazlara kəskin endirimlər gözləyəcəklər. Əvvəlki ilin güclü tələb dövrü ilə müqayisədə 2022-ci ilin 4-cü rübündə yavaş bayram satışları gözlənilir. Dördüncü rübü bazarın bərpasının əsl dönüş nöqtəsi kimi görmək çox tez olacaq.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 5 gün sonra
-
- 6 d. əvvəl
-
7 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
35 d. əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avtomobillərin KASKO sığortasında haqlar 1,9%, ödənişlər 27,7 faiz artıb
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır
Mayda bank sektorunda çalışanların sayı azalıb
Ən çox oxunanlar
İyunun 26-da gözlənilən hava şəraiti
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA


























