"Üzümə duranların çoxuna atalıq etmişəm"
"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmə araşdırması davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda iş üzrə şahid qismində tanınmış şəxslər dindirilib.
"Baku Steel Company"nin əməkdaşı İlham Əliyev ifadəsində bəzi hallarda alınan metallara görə satıcılara borclu qaldıqlarını deyib: “Satıcılara borclu qaldığımız vaxtlar da olub. Amma sonradan gəlib pullarını götürürdülər. Ola bilsin, metal satıcılarına borclu qaldığımız məbləği şirkətin kassasından artıq çıxarılma kimi qeyd ediblər”.
Prokuror Orxan Səmədovun "Metalın daha ucuz qiymətə alınması, lakin sənədlərdə daha baha rəsmiləşdirilməsi, yəni satıcılara sənədlərdə göstərilənlərdən daha az məbləğ ödənilməsi halları olubmu" sualına şahid “Yox, olmayıb”, - deyə cavab verib.
Lakin şahidin istintaq zamanı başqa cür ifadə verdiyi məlum olub.
O, əvvəlki ifadəsində metalın real alış qiyməti ilə sənədlərdə göstərilənlər arasında fərq olduğunu deyib: "Adamlarla razılaşdırılıb, metala görə onlara istədikləri məbləğ ödənilirdi. Lakin verilmiş vəsaitin məbləği sənədlərdə daha yuxarı göstərilirdi. Buna görə qiymət şişirtməsi nəticəsində kassadan 3 milyon 478 min manat çox pul çıxarılıb. O pulun kimə çatdığını bilmirəm".
Şahid istintaq zamanı dediklərini təsdiq etməyərək, o cür ifadə vermədiyini bildirib.
İttiham olunan Rasim Məmmədov şahidin ifadəsinə münasibət bildirərkən ona təşəkkür edib: “Bu cavan oğlanı ilk dəfədir görürəm, ona heç bir yaxşılığım dəyməyib. Nə necə olubsa, elə danışdı. Sağ olsun. Amma yaxşılıq elədiklərimin çoxu gəlib üzümə durdu. Burada üzümə duranların əksəriyyətinə atalıq eləmişəm. Yusifi üç dəfə türmədən xilas eləmişəm, gəlib üzümə duracaq”.
Daha sonra “Azərboru”nun baş direktorunun müşaviri Azad Əmirov ifadə verib.
Azad Əmirovun ibtidai istintaqa ifadəsinin elanı zamanı məlum olub ki, o, “Azərboru”dan ümumilikdə “Baku Steel Company”ə 120 min ton dəmir getdiyini deyib.
Lakin o, məhkəmədə əvvəlki ifadəsini təkzib edib: "Mən nə qədər metal getməsini bilə bilməzdim axı. İstintaq zamanı da 120 min ton metal getdiyini deməmişəm. “Azərboru”nu söküb pis günə qoymuşdular. Bir gün mən adamlarla birlikdə getdim ora. Bir “KamAZ” da aparıb saxladım qarşıda, dedim, qoymayacam sökməyə. Sonra məni Prezident Administrasiyasına çağırdılar. Orada vəziyyəti danışdım, dedilər ki, istəyirsən, al, inkişaf elətdir. Mən də Milli Bankdan 20 milyon kredit götürüb “Azərboru”nu aldım”.
Rasim Məmmədov da şahidin istintaq zamanı dediklərinin yalan olduğunu deyib.
Prosesin sonunda hakim Leyla Əsgərova-Məmmədova bildirib ki, iş üzrə bəzi şahidlər teleqram göndərərək, iclasda iştirak edə bilməyəcəklərini deyiblər.
Rasim Məmmədov və vəkili Pərviz Məmmədov buna etiraz ediblər.
Pərviz Məmmədov həmin şəxslərin vacib şahidlər olduğunu deyib, buna görə də məhkəmədə iştiraklarının zəruriliyini diqqətə çatdırıb.
Proses oktyabrın 10-da davam etdiriləcək.
Xatırladaq ki, Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
6 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
6 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

























