Azercell-dən “Yeni Şirkət” adlı təklif
Azercell Telekom MMC 20 iyun 2017-ci il tarixindən etibarən abunəçilərinin ixtiyarına daha bir kampaniyanı verir.
Azercell-in təqdim etdiyi “Yeni Şirkət” adlı bu sərfəli kampaniyadan bütün hüquqi şəxs statusuna malik olan B2B abunəçiləri yararlana bilərlər.
Kampaniyaya qoşulan B2B abunəçiləri “Minimalist” danışıq paketinə abunə olmaqla Lenovo A2016 Smartfonunu, “Optimist “danişıq paketinə abunə olmaqla isə General Mobile 4G Smartfonu pulsuz əldə edə bilərlər.
“Minimalist” və “Optimist” tarif paketlərinə qoşulmaqla abunəçi bir sıra üstünlüklər qazanır. Belə ki, “Minimalist” tarif paketində abunəçi ayda cəmi 19 AZN ödəməklə Lenovo A2016 Smartfonunu qazanmaqla yanaşı, korporativ zənglərdən pulsuz istifadə edir. Bundan əlavə isə şəbəkədaxili zənglər üçün 1000 dəqiqə, şəbəkəxarici zənglər üçün 100 dəqiqə danışıq və 100 ədəd sms qazanır. Mobil internetdən istifadə etmək üçün isə 1 GB internet hədiyyə edilir.
“Optimist” tarif paketinə qoşulan abunəçilər də ayda cəmi 29 AZN ödəməklə General Mobile 4G Smartfonu, şəbəkədaxili 3000 dəqiqə, şəbəkəxarici 300 dəqiqə,300 ədəd sms-lə ilə yanaşı beynəlxalq zənglər üçün 30 dəqiqə pulsuz danışıq əldə edir. Bu üstünlüklərdən əlavə abunəçi eyni zamanda korporativ zənglərdən pulsuz yararlana və 3 GB internetdən istifadə edə bilər.
Qeyd edək ki, kampaniya yalnız yeni Fakturalı xətt abunəçiləri üçün nəzərdə tutulub. Şirkətin tarif paketinə qoşulan fiziki şəxslər kampaniyada iştirak edə bilməz.
Ələvə məlumat üçün abunəçilər 6050 nömrəsinə zəng edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 26 d. əvvəl
-
-
32 d. əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 46 d. əvvəl
-
54 d. əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
-
1 saat əvvəl
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Ən çox oxunanlar
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
Azərbaycan vətəndaşlarının vizasız getdiyi ölkələrin sayı açıqlanıb
“Broker” anlayışı dolayı və birbaşa gömrük təmsilçiliyi ilə əvəz edilir, reyestr yaradılacaq, lisenziya ləğv ediləcək
“Veysəloğlu” və “Şölen” gələcək biznes imkanlarını müzakirə edib



























