KOBİA “Bolmart”da yer icarəyə götürüb, digər şəbəkələr ilə də danışıqlar aparır
2022-ci ilin birinci yarısında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 600-dən çox mikro, kiçik və orta sahibkarlıq subyektinin məhsul və xidmətlərinin 16 sərgi və yarmarkada nümayiş olunmasına və satışına təmənnasız olaraq dəstək göstərib.
Agentliyin yaydığı məlumatda bildirilir ki, sərgi və yarmarkalarda iştirak edən sahibkarların 80%-i mikro, 15%-i kiçik, 5%-i isə orta sahibkarlıq subyekti olub. KOB-lar sərgi və yarmarkalarda əsasən, sənaye, kənd təsərrüfatı, qida, tekstil, əl işləri və digər fəaliyyət sahələri üzrə məhsul və xidmətlərini təqdim ediblər.
Bu dövrdə mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbkələrinə çıxışına dəstək məqsədilə KOBİA-ya 59 müraciət daxil olub. Müraciətlərin 30-u qida məhsulları, 27-si qeyri-qida məhsulları, 2-si isə digər kateqoriyaya aid məhsullarla bağlıdır. Agentlik tərəfindən “Şərq bazarı” kompleksində və “Bolmart” marketdə müvafiq yer icarəyə götürülməklə mikro və kiçik sahibkarların məhsullarının satışına başlanılıb. Burada KOB subyektlərinin bal və arıçılıq məhsulları, un və un məmulatları, granola qida məhsulu, alkoqolsuz içkilər, alma sirkəsi, quru meyvələr, ədviyyatlar, əl işləri və digər məhsulları satılır. KOB-ların ticarət şəbəkələrinə çıxışına dəstək məqsədilə digər ticarət şəbəkələri ilə də işlər aparılır, eyni zamanda bu dəstəkdən yararlanmaq istəyən mikro və kiçik sahibkarlardan müraciətlərin qəbulu davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
6 d. əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 29 d. əvvəl
- 35 d. əvvəl
- 36 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızıl və gümüş rekord yenilədi
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
























