Neftin qiyməti Azərbaycan üçün kritik olan səviyyəyə yaxınlaşır
OPEC-in hasilatın azaldılması müqaviləsinə daxil edilməyən Liviya son dörd ildə ən çox neftini istehsal edib. Üstəlik tankerlərdə toplanan neft bu ay 2017-ci ilin ən yüksək səviyyəsinə çıxıb.
"Marja" xəbər verir ki, Amerika Neft İnstitutunun (API) məlumatlarına görə, ABŞ-da neft ehtiyatları ötən həftə 2.72 milyon barrel düşüb. Çərşənbə günü açıqlanan rəsmi neft ehtiyatları göstəricisinin 1.2 milyon barel azalacağı gözlənilir. ABŞ-da neft hasilatı və qazılan yeni quyular artır. Bunun nəticəsində ölkədə ehtiyatların yenidən artacağı gözlənilir.
ABŞ-da və Liviyada artan neft hasilatı, Neft İxrac Edən ölkələr Birliyinin (OPEC) və tərəfdaşlarının hasilatlarını azaltmaları səylərini heç edir. Baker Hughes Inc.-ının açıqladığı məlumatlara görə, ABŞ-da qazılan neft quyularının sayı 22 həftə ardıcıl artıb və son 30 ilin ən uzun artım dövrünü keçirir.
Analitiklər, ABŞ-da quyuların artmasının neft təklifini daha da artacağını gözləyirlər.
Bakı vaxtı ilə saat 07:50-yə olan məlumata görə, Qərbi Texas nefti (WTI) 43,41 dollardan, Brent nefti 45.91 dollardan alıcı tapıb.
Qeyd edək ki, Azərbaycanın dövlət büdcəsinin gəlirləri üçün neftin qiyməti 40 dollar götürülüb.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
41 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
2 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim





























