İpoteka kreditlərinə çıxış imkanları sadələşdirilib
“Azərbaycan İpoteka Fondu” ASC-də “Elektron ipoteka” sisteminin (EİS) Elektron Hökumət Portalı ilə inteqrasiya prosesi artıq başa çatıb.
Fonddan verilən məlumata görə, 01 avqust 2017-ci il tarixdən etibarən Elektron İpoteka Sistemi “Elektron Hökumət Portalı”nın real vaxt rejimində əhalinin tam istifadəsinə veriləcək.
Belə ki, bundan sonra “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına verilən ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs birbaşa internet vasitəsi ilə onlayn rejimində “Elektron Hökumət Portalı”-na (www.e-gov.az) daxil olub müvafiq qaydada ipoteka kreditinin alınması üçün müraciət etməlidir. Müraciət zamanı qeydiyyatdan keçərkən Elektron İmza Tokeni (www.e-imza.az) və ya ASAN imzanı (www.asanimza.az) əldə etməlidir.
Qeyd edək ki, “Elektron ipoteka” sistemi (EİS) Azərbaycan Respublikası Prezidentinin ölkədə elektron xidmətlərin tətbiqi və istehlakçıların hüquqlarının qorunması üzrə tapşırıqlarını rəhbər tutaraq, o cümlədən “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 22 iyun 2016-cı il tarixli 940 nömrəli Fərmanının 4-cü bəndinin icrasını təmin etmək məqsədilə yaradılıb. Sistemin fəaliyyətinin təşkilinin hüquqi, təşkilati və texnoloji əsasları Azərbaycan Respublikası prezidentinin 24 noyabr 2016-cı il tarixli 1126 nömrəli fərmanı ilə təsdiq edilmiş “Elektron ipoteka” sistemi haqqında Əsasnamə” ilə müəyyən edilir və onun fəaliyyətinin təşkili, idarə olunması və inkişafı elektron sistemin operatoru kimi “Azərbaycan İpoteka Fondu” ASC tərəfindən təmin edilir.
EİS-in tətbiqi ipoteka kreditlərinə çıxış imkanlarının sadələşdirilməsinə, ipoteka krediti almaq istəyən şəxslər üçün bərabər şərait yaradılmasına, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsinə, habelə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından faydalanaraq tələb olunan sənədləri real vaxt rejimində əldə etməklə, sərf olunan vaxta və xərclərə qənaət olunmasına, göstərilən xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmət edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
7 d. əvvəl
“McDonald’s Azərbaycan” şəhid və qazi övladları üçün Yeni il bayramı təşkil edib - FOTO
-
1 saat əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
2 saat əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
-
2 saat əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
Qızıl və gümüş rekord yenilədi
Ən çox oxunanlar
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI




















