Daha 2 rayonda əhaliyə “Agent bankçılıq” təqdim olundu
Vətəndaşların maliyyə xidmətlərinə əlçatanlığının artırılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, “AccessBank”, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin birgə layihəsi olan “agent bankçılıq” Masallı və Tovuz rayonlarında əhaliyə təqdim olunub.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, vətəndaşlar artıq Masallı şəhəri, Heydər Əliyev prospekti, ev 89 ünvanında yerləşən AZ4400 indeksli və Tovuz şəhəri, Sabir küçəsi, ev 24 ünvanında yerləşən AZ6000 indeksli poçt xidmət mərkəzlərində “AccessBank”ın təqdim etdiyi maliyyə xidmətlərindən yararlana bilərlər.
Qeyd edək ki, Mərkəzi Bankın təşəbbüsü və Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) dəstəyi ilə həyata keçirilən layihənin tətbiqinə ilk olaraq bu ilin mart ayında Ağdaş rayonunda yerləşən “Azərpoçt” filialında, daha sonra Qəbələ şəhərində başlanılıb.
“Agent bankçılıq” modeli bank məhsul və xidmətlərinin müştərilərə üçüncü tərəf təşkilatlar tərəfindən təqdim edilməsidir. Beynəlxalq təcrübədə, xüsusilə bank filial və şöbələrinin sayı az olan ərazilərdə əhalinin bank xidmətlərinə çıxış imkanlarının artırılması üçün sözügedən modeldən geniş istifadə edilir və ölkədə bu funksiyanı ilk dəfə olaraq “Azərpoçt” həyata keçirir.
Ölkənin yeganə milli poçt operatoru olan “Azərpoçt” MMC 1500-ə qədər şöbəsi ilə bu gün ənənəvi poçt xidmətlərinin icrası ilə yanaşı, maliyyə, logistika və “retail” xidmətləri də göstərərək ölkə vətəndaşlarının bu xidmətlərə əlçatanlığını təmin edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
5 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım


























