“Bazarstore” iddialara cavab verdi - “Broyler” toyuğu deyil, məhz “kənd” toyuğudur"
"Yayılan məlumatlar tam təhrif olunmuş məlumatlardır və istehlakçıların gözündə “Bazarstore”-un işgüzar nüfuzuna, imicinə xələl gətirməyə yönəlmişdir".“Bazarstore” MMC, “Qaraqaşlı Broyler”in təmsilçisi V.Hüseynovun guya “Bazarstore” şəbəkəsində Belarusdakı broyler müəssisəsinin istehsalı olan məhsulların “Bütöv kənd toyuğu” adı ilə satıldığı, istehlakçıların aldadıldığı və bu toyuqların istehlak müddətinin bitməsinə cəmi 1 ay qaldığı barədə iddialarına cavab verib.
“Bazarstore” şirkətinin Baş direktoru Burhan Sevahilin adından “Marja”ya göndərilən təkzib məlumatında bildirilir:
Yazıb sizə bildiririk ki, 18.04.2022-ci il tarixində marja.az saytında “İdxal olunan toyuqları “Siyəzən”, “Şəfa”, “Səba”, “Mərcan” adları altında satışa çıxarırlar” başlığı altında xəbər paylaşılmış, xəbərin mətnində “Bazarstore” barəsində yanlış məlumatlar yer almışdır.
Belə ki, “Bazarstore” marketlər şəbəkəsində Belarusdakı broyler müəssisəsinin istehsalı olan toyuqların “Bütöv kənd toyuğu” adı altında satılaraq istehlakçıların aldadılması, üstəlik məhsulların istehlak müddətinin bitməsinə cəmi 1 ay qaldığı iddia edilmişdir.
Nəzərinizə çatdırırıq ki, yayılan məlumatlar tam təhrif olunmuş məlumatlardır və istehlakçıların gözündə “Bazarstore”-un işgüzar nüfuzuna, imicinə xələl gətirməyə yönəlmişdir. Bu cür məlumatlarla konkret sahibkarın adının çəkilməsi, onun ittiham edilməsi Azərbaycan Respublikasının haqsız rəqabət qanunvericiliyinə tamamilə ziddir.
Məlumat üçün qeyd edək ki, xəbər mətnində sözügedən “Bütöv kənd toyuğu” məhsullarını “Bazarstore” MMC birbaşa özü idxal etmir, müvafiq mülki-hüquqi müqavilə əsasında digər bir şirkətdən satın alır. Həmin şirkət tərəfindən bizə təqdim edilmiş sənədlərə (məhsulların istehsal olunduğu ölkədə istehsal sertifikatı, AQTA sertifikatı, istehsal olunduğu ölkədə qüvvədə olan müvafiq standartlar) əsasən qeyd etməliyik ki, adı çəkilən məhsullar “Qaraqaşlı Broyler”in təmsilçisi V.Hüseynovun iddia etdiyi kimi “broyler” toyuğu deyil, məhz “kənd” toyuğudur. Üstəlik məhsulların idxalına AQTA tərəfindən icazə verilmişdir. Bu o deməkdir ki, həmin məhsulların tərkibində hər hansı təhlükəli maddə və ya xəstəlik riski olmayıb. Təmsilçinin digər bir iddiasına cavab olaraq bildiririk ki, məhsulların son istifadə tarixləri saxlama temperaturundan asılı olaraq, -12 C dərəcədə 8 ay, -18 C dərəcədə 12 ay, -25 C dərəcədə isə 14 aydır”.
"Bazarstore" məhsulun istehsalına dair sertifikatların, məhsulun AQTA sertifikatlarının surətlərini və məhsulun istehsal ölkəsində qüvvədə olan dövlət standartlarını da təqdim edib.
Qeyd: ilk yayım 2022-04-20 saat 17:03-də baş tutub. Məlumat 2022-04-21 saat 07:47-tə önə çəkilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
1 saat əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
1 saat əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
-
2 saat əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
Qızıl və gümüş rekord yenilədi
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Ən çox oxunanlar
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI


















