Ruslan Əliyev: “Azəriqaz”ın Xankəndində abonenti yoxdur"
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi hələ ki, Xankəndində texniki heç bir iş görmür.
Bunu “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
"O ərazidə yerləşən abonentlər də "Azəriqaz" İB-nin abonentləri deyil. Ona görə də heç bir dəqiq məlumat vermək olmaz", - R. Əliyev qeyd edib.
İB-nin baş direktoru həmin ərazidə dəfələrlə olduqlarını qeyd edib: "Müşahidələrimizə əsasən,orada erməni mətbuatının yazdığı qədər əhali yaşamır".
R. Əliyevin sözlərinə görə, sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərində hər hansı bir invertarlaşma aparılmır: "Bu səbədən həmin ərazidə nə qədər abonentə təbii qazın verilməsi barədə dəqiq rəqəm deməyim düz çıxmaz. Ancaq invertarlaşmanın nəticəsi olaraq biz bunu qeyd edə bilərik. Bizim orada abonentimiz yoxdur".
Qeyd edək ki, Xankəndi şəhərinə gedən qaz xətti üzərində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müəyyən təmir bərpa işləri aparılıb. Hazırda Xankəndi şəhəri təbii qazla təmin olunur.
Xankəndi şəhəri daxil olmaqla, Qarabağ iqtisadi zonası 1980-ci illərdə Azərbaycan dövləti tərəfindən qazlaşdırılıb. Orada qaz infrastrukturu yaradılmışdı. Sonrakı işğal dövründə kommunikasiyaların böyük bir qismi ermənilər tərəfindən dağıdılmışr, viran edilmişdir.
KREDİTİ ONLAYN əldə et – 10 000 AZN-dək, 0% komissiya
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
11 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
-
28 d. əvvəl
Subway Azərbaycana gəldi: ilk restoranlar istifadəyə verildi, yeni planlar açıqlandı
- 45 d. əvvəl
-
51 d. əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim






























