Azərbaycanda ilk həyat sığortası şirkətinin xalis mənfəəti 30 faizə yaxın artıb
“Atəşgah Həyat Sığorta Şirkəti” ASC 2021-ci ili 6 milyon 432 min manat xalis mənfəət ilə başa vurub. Xatırladaq ki, “Atəşgah Həyat Sığorta Şirkəti” 2020-ci ili 4 milyon 986 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə “Atəşgah Həyat Sığorta Şirkəti”nin xalis mənfəəti 29% artıb. Mənfəətin artması yığımların artması, eyni zamanda sığorta ödənişlərinin azalması hesabınadır.
Marja.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “Atəşgah Həyat Sığorta”nın cəmi əməliyyat gəlirləri 49 milyon 503 min manat, cəmi əməliyyat xərcləri 41 milyon 464 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə Şirkətin cəmi əməliyyat gəlirləri 73 milyon 878 min manat, cəmi əməliyyat xərcləri 67 milyon 646 min manat təşkil etmişdi.
2020-ci ildə “Atəşgah Həyat Sığorta”nın əməliyyat gəlirinin bir hissəsi ehtiyatdan azad olmuş vəsaitin hesabına formalaşmışdı. Belə ki, ehtiyatdan azad olmuş 27 milyon 887 min manat gəlirə əlavə edilmişdi. Ötən il sığorta ehtiyatından azad olmuş 2 milyon 308 min manat gəlirə əlavə edilib. Ehtiyatdan azad olmuş vəsaitin və investisiya gəlirlərinin azalması ilə əlaqədar olaraq Şirkətin cəmi əməliyyat gəlirləri də azalıb.
YIĞIMLARI ARTIB
2020-ci ildə "Atəşgah Həyat Sığorta"nın hesabladığı sığorta haqları 41 milyon 839 min manat ikən, 2021-ci ildə 44 milyon 194 min manata yüksəlib.
2021-ci ildə "Atəşgah Həyat Sığorta"nın investisiya gəlirləri 2 milyon 389 min manat təşkil edib (2020-ci ildə 4 milyon 80 min manat təşkil etmişdi)
SIĞORTA ÖDƏNİŞLƏRİ 2 DƏFƏYƏ YAXIN AZALIB
"Atəşgah Həyat Sığorta"nın sığorta ödənişləri isə 2020-ci ildə 60 milyon 149 min manat ikən, 2021-ci ildə 31 milyon 149 min manat təşkil edib.
Qeyd edək ki, Azərbaycanda ilk həyat sığortası şirkəti olan “Atəşgah Həyat” Sığorta Şirkəti 1998-ci ilin mart ayında təsis edilmiş və həyat sığortası üzrə xidmətləri təqdim etmək üçün 2008-ci ilin dekabr ayında qeydiyyatdan keçmişdir. Şirkət həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari həyat sığortası və sağalmaz xəstəliklərdən sığorta xidmətlərini təklif edir.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 15 saat sonra
-
-
8 d. əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 14 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
2 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Azad edilmiş ərazilərə ümumi investisiyaların həcmi 17 milyard dolları yaxındır"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb

























