Media: özəl Çin şirkətləri Rusiya bazarındakı boşluğu doldurmağa çalışacaqlar
"Çinin kiçik və orta özəl şirkətləri Rusiya bazarında Qərb şirkətlərinin kütləvi şəkildə geri çəkilməsi ilə bağlı biznes imkanlarını araşdırır və "vakant yeri" doldurmağa çalışacaqlar. Bu, Rusiya-Çin ticarətinin artmasına təkan verə bilər".
Marja xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti yazır.
"Bununla yanaşı, Çinin iri dövlət müəssisələri sanksiyalar risklərini rəhbər tutaraq ehtiyatlı davranmağa üstünlük verəcəklər", -nəşr qeyd edir.
Ekspertlərin izah etdiyi kimi, Qərb biznes oyunçularının Rusiya bazarından geri çəkilməsi Çin üçün imkanlar yaradır. İnvestisiya firması olan "Loomis, Sayles & Company"nin analitiki Zhuang Bo-nun fikrincə, bundan ilk növbədə avtomobil hissələri, qida, tibbi ləvazimatlar və infrastruktur komponentlərinin satışı ilə məşğul olan özəl Çin şirkətləri faydalana bilər.
"İki ölkə arasında ticarət dövriyyəsinin həcmi yaxın bir-iki ildə mütləq artacaq", - o deyib.
Eyni zamanda, ekspert hesab edir ki, Çinin iri dövlət müəssisələri sanksiyalara görə Rusiya Federasiyası ilə açıq şəkildə əməkdaşlığı gücləndirməyə cəsarət etməyəcək və beynəlxalq biznes aparan Çin bankları rusların multivalyuta hesablarının açılması üçün müraciətlərini təsdiqləməkdən çəkinəcəklər.
"Şirkətlərin sanksiyaları aktiv şəkildə pozmaq arzusu yoxdur. Bunun əvəzinə onlar pərdə arxasında işləmək üçün gizli yollar tapmağa çalışırlar", - Zhuang Bo əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















