“Qala Həyat Sığorta Şirkəti”nin xalis mənfəti 2 dəfədən çox artıb
“Qala Həyat Sığorta Şirkəti” ASC 2021-ci ili 4 milyon 741 min manat xalis mənfəət ilə başa vurub.
Xatırladaq ki, “Qala Həyat Sığorta Şirkəti 2020-ci ili 2 milyon 189 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə “Qala Həyat”ın xalis mənfəəti 2,2 dəfə artıb.
GƏLİRLƏRİ ARTIB, XƏRCLƏRİ AZALIB
Marja.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “Qala Həyat”ın cəmi əməliyyat gəlirləri 19 milyon 351 min manat, cəmi əməliyyat xərcləri 13 milyon 205 min manat təşkil edib. Qeyd edək ki, 2020-ci ildə şirkətin cəmi əməliyyat gəlirləri 17 milyon 494 min manat, cəmi əməliyyat xərcləri 14 milyon 515 min manat təşkil etmişdi.
YIĞIMLARI ARTIB
Şirkətin topladığı sığorta haqları 2020-ci ildə 15 milyon 951 min manat ikən, 2021-ci ildə 19 milyon184 manat təşkil edib. “Qala Həyat”ın sığorta ödənişləri isə 2020-ci ildəki 4 milyon 52 min manatdan 2021-ci ildə 3 milyon 119 min manata geriləyib.
Qeyd edək ki, "Qala Həyat Sığorta Şirkəti" ASC 100% "Azre Təkrarsığorta" şirkətinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 3 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 21 d. əvvəl
- 23 d. əvvəl
- 31 d. əvvəl
- 37 d. əvvəl
-
55 d. əvvəl
“McDonald’s Azərbaycan” şəhid və qazi övladları üçün Yeni il bayramı təşkil edib - FOTO
-
1 saat əvvəl
Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
-
2 saat əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
2 saat əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
-
2 saat əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Azercell “Kinon” tətbiqinin funksionallığını genişləndirir
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
“McDonald’s Azərbaycan” şəhid və qazi övladları üçün Yeni il bayramı təşkil edib - FOTO
Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
Ən çox oxunanlar
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
Qızıl və gümüş rekord yenilədi
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Suriyada yeni pul vahidi dövrü başlayır



















